Deputatların maaşı artırılsın - TƏKLİF

17:55 08-11-2018 | icon 126 | Siyasət
Deputatların maaşı artırılsın - TƏKLİF

 

Millət vəkili Qüdrət Həsənquliyev parlamentdə komitələrin birgə iclasında büdcə müzakirələri zamanı deyib ki, Milli Məclisin deputatlarının maaşı artırılsın.

 

Versus.Az-ın məlumatına görə, deputat qeyd edib ki, cənab Prezident 1 may 2017-ci il tarixdэ fərman imzalayıb ki, yol hərəkəti qaydalarına görə, Vergilər Nazirliyi tərəfindən təyin olunan cərimələrin 25 faizinin 5 faizi, dövlət rüsumu haqqında qanuna uyğun olaraq toplanan rüsumların 25 faizinin 5 faizi Prezident Administrasiyasının əməkdaşlarının əmək haqlarına əlavə edilir.

 

“Düşünürəm ki, bu yaxınlarda Nazirlər Kabineti ilə bağlı da belə qərar qəbul olunacaq. Cərimələrin 2 faizi onların əmək haqlarına yönəldiləcək.

Milli Məclisə də heç olmasa buradan 3 faiz ayrılsın. Ya da cərimələr üzrə əlavələrin verilməsi qaydası tamamilə ləğv olunsun. Vahid əmək haqqı ilə bağlı tarif müəyyən olunsun. Prezident hər dəfə əmək haqqının artırılması ilə bağlı sərəncam imzaladıqda bu, hamıya şamil olunsun”.


Xatırladaq ki, Milli Məclis üzvlərinin maaşı sonuncu dəfə 2018-ci il mayın 1-də artırılıb. O zaman bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik edilib. 



Qanunun 21-ci (Deputatın maddi təminatı) maddəsinə edilən dəyişikliyə əsasən, Milli Məclis sədrinin maaşı 2475 manat, sədrin I müavininin maaşı 2227 manat, Milli Məclis sədrinin müavininin maaşı 2103 manat, Milli Məclisin komitə sədrinin maaşı 1980 manat, komitə sədrinin müavininin maaşı 1856 maant, sıravi deputatınkı isə 1732 manat olub.



Bundan başqa, Milli Məclisin sədri onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar. 



Bu məbləğ də nəzərə alınarsa, parlamentin sədri 3 min 712 manat 50 qəpik, sədrin I müavini 3 min 340 manat 50 qəpik, Milli Məclis sədrinin müavini 3 min 154 manat 50 qəpik, Milli Məclisin komitə sədri 2 min 970 manat, komitə sədrinin müavini 2 min 784 manat, sıravi deputat isə 2 min 598 manat əmək haqqı alır.

Xəbər lenti

Azərbaycanda gimnastika Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri nəticəsində inkişaf edir

"Mehriban Əliyevanın gimnastikanı necə sevdiyi, nə qədər güc və ruhunu qoyduğu görünür və bu işin nəticələri göz qabağındadır"

 Rasim Balayevi imtahanlara buraxmırlar -

İnsan ömrünü uzadan içkinin adı açıqlandı - 15 illik tədqiqatın nəticəsi

Bu gün 100 milyondan çox hindistanlı səs verəcək

Bakıda bədii gimnastika üzrə Avropa çempionatının qalib komandaları mükafatlandırılıb

“Youtube”da ən çox o izləndi - 3 günə 1 milyon

Gürcüstan MSK: "Marneulidə seçkiyə mane olan iki müşahidəçi seçki məntəqəsindən uzaqlaşdırılıb"

Rusiyada gənc azərbaycanlı yoxa çıxdı

"ATƏT-in Minsk Qrupu Nikol Paşinyanın cəfəng fikirlərinə reaksiya verməlidir"

Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatının finalı keçirilir -

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

"Əsirlikdə qalan Laçınım"

Allah rəhmət eləsin

Elmar Məmmədyarov Fransa Milli Assambleyasının vitse-prezidenti və dostluq qrupunun prezidenti ilə görüşüb

Bakıda Avropa çempionatının komanda hesabında və çoxnövçülükdə qrup hərəkətlərində qaliblərinin mükafatlandırma mərasimi keçirilib

Bakıda Avropa çempionatında 5 lentlə qrup hərəkətlərində finala yüksələn komandalar məlum olub

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“Bir qrup adamın Brüsseldəki hərəkətləri ziyanlı və biabırçıdır”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

“Enurez vərdiş deyil, xəstəlikdir” - SƏBƏB və MÜALİCƏSİ

Paralimpiyaçımız Gündüz İsmayılov yeni rekorda imza atdı

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğılarını dinləyib

37 saylı Laçın məktəblilərinin növbəti ekskursiyası

Əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

Deputat kəndlərdəki yeni məhlələrdə əhalinin təbii qazla təminatındakı problemlərdən danışıb

“AXH Əli İnsanovla da əməkdaşlıq qura bilər”

"Emin-444"ün öldürülməsi ilə bağlı ŞOK FAKTLAR 

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

AXH Novxanı qəsəbəsində yürüş edəcək

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...