Bağırsaq keçməzliyi nədən xəbər verir?

16:29 28-06-2021 | icon 1973 | Sağlamlıq
Bağırsaq keçməzliyi nədən xəbər verir?

Nərminə Abbasova: “Müalicəsi həm ambulator şəraitdə, həm də stasionarda aparıla bilər

 

“Yoğun bağırsaq keçməməzliyi mexaniki və ya funksional səbəblərdən qida və mayenin yoğun bağırsaqda hərəkətinin pozulması ilə xarakterizə olunur. Patologiya bağırsaq boyunca kəskin ağrı, qusma, ürəkbulanma, nəcis və qaz ifrazının baş verməməsi, qarnın qeyri-bərabər böyüməsi, ümumi vəziyyətin pozulması ilə təzahür edir. Diaqnoz ümumi baxış, qarnın palpasiyası, icmal rentgenoqrafiya və qarın boşluğu orqanlarının kompüter tomoqrafiyasının nəticələrinə əsasən qoyulur”.

 

Xəstəlikə bağlı Versus.Az məlumat verən MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi NƏRMİNƏ ABBASOVA bidirdi ki, müalicənin prinsipləri patologiyanın xarakterindən asılıdır.

 

Həkim-terapevt qeyd etdi ki, əksər hallarda bağırsağın zədələnmiş hissəsi rezeksiya olunur. Nərminə xanım yoğun bağırsaq keçməməzliyi barədə ümumi məlumat verdi. Bildirdi ki, yoğun bağırsaq keçməməzliyi təxirəsalınmaz cərrahi vəziyyət hesab olunur:

 

Yoğun bağırsaq keçməməzliyinin yaranma səbəblərinə gəlincə, yoğun bağırsaq keçməməzliyinə anadangəlmə xarakterli müxtəlif faktorlar - bağırsaq seqmentlərinin uzanması, inkişaf anomaliyaları səbəb ola bilər. Bu patoloji vəziyyətin qazanılma amillərinə qarın boşluğu orqanlarında aparılan əməliyyatlardan sonra yaranan bitişmə xəstəliyi, yoğun bağırsağın şişləri, bağırsaqda yad cisim, qarın yırtıqları, helmintoz, öd daşı xəstəliyi aiddir. Yoğun bağırsaq keçməməzliyi qarındaxili təzyiqin kəskin yüksəlməsi, izafi qida qəbulu, həddindən artıq fiziki yüklənmə zamanı müəyyən amillərin təsirindən formalaşa bilir.

 

Həkim vurğuladı ki, yoğun bağırsaq keçməməzliyi mexaniki və funksional olur. Onun sözlərinə görə, mexaniki keçməməzlik adətən yırtıq, bitişmələr, iltihabi xəstəliklər, nəcis daşları, şiş, bağırsağın burulması və invaginasiyası zamanı inkişaf edir:

 

“60 yaşdan sonra bu patoloji vəziyyət 93% hallarda bağırsaq mənfəzinə doğru böyüyən bədxassəli şişlə bağlı olur. Bağırsağın burulması yoğun bağırsaq keçməməzliyinin səbəblərinin 4%-ni təşkil edir. Digər patoloji vəziyyətlər 3% hallarda mexaniki keçməməzliyə gətirib çıxarır.

Paralitik keçməməzliyin əsas amili sinir sistemini zədələyən infeksiyalardır. Həmçinin bağırsağın saya əzələlərinin tonusuna təsir edən preparatların qəbulu belə vəziyyətlərin formalaşmasına səbəb olur. Paralitik bağırsaq keçməməzliyi Parkinson xəstəliyi fonunda inkişaf edə bilər. Bu zaman patologiya əzələ və sinir pozğunluqları ilə assosiasiyalı olur. Onların fonunda bağırsaq yığılmaları zəifləyir və ya tamamən dayanır. Nəticədə bağırsaq boyunca qidanın hərəkəti pozulur”.

 

Nərminə xanım yoğun bağırsaq keçməməzliyinin əlamətlərindən də bəhs edib. Bildirib ki, yoğun bağırsaq keçməməzliyi qarında vaxtaşırı yaranan spastik ağrılar, qusma, ürəkbulanma, meteorizm, qəbizlik və qaz ifrazının ləngiməsi ilə özünü büruzə verir:

 

“Xəstəliyin ilkin əlaməti kəskin abdominal ağrıdır. Ağrı əvvəlcə müəyyən bir nahiyədə lokalizasiya olunur, sonra isə qarnın bütün hissələrinə yayılır. Patoqnomik simptomlara qusma, qaz və nəcis ifrazının ləngiməsi aiddir. Bağırsaq keçməməzliyi fonunda xəstənin vəziyyəti kəskin pisləşir, rəngi ağarır, dərisi soyuq tərlə örtülür. Obyektiv baxış zamanı qarnın asimmetrik şəkildə qabarması müşahidə olunur. Adekvat tibbi yardım göstərilmədikdə yoğun bağırsaq keçməməzliyi xəstənin həyatı üçün təhlükəli sayılan vəziyyətlərlə ağırlaşa bilir. Pasiyentlərdə çox zaman bağırsağın zədələnmiş seqmenti nekrozlaşır. Bu patoloji vəziyyət qarın boşluğu damarları ilə qan cərəyanı pozulduqda baş verir. Bağırsaq toxumalarının məhvi yoğun bağırsağın perforasiyasına və peritonun iltihabına gətirib çıxarır.

 

Yoğun bağırsaq keçməməzliyinin diaqnostikasının klinik və instrumental müayinə üsullarına əsaslandığını qeyd edən həkim-terapevt bildirdi ki, baxış və palpasiya zamanı ön qarın divarının qabarması aşkar edilir:

 

İnstrumental üsullar arasında qarın boşluğunun rentgenoqrafiyası geniş yayılıb. Kompüter tomoqrafiya daha informativ hesab olunur. Hər iki üsul yoğun bağırsaq keçməməzliyinin növünü və bağırsağın zədələnmə dərəcəsini müəyyənləşdirməyə kömək edir.

Laborator müayinə üsulları yoğun bağırsaq keçməməzliyinin diaqnostikasında köməkçi rol oynayır. Bağırsağın perforasiyası və peritonit zamanı qanda leykositoz, EÇS-nin yüksəlməsi, leykoformulanın sola meylliyi aşkar edilir. Bu dəyişikliklər ifadəli iltihabi-nekrotik prosesin inkişafından xəbər verir.

 

Yoğun bağırsaq keçməməzliyinin müalicəsindən danışan həkim deyir ki, terapiyanın prinsipləri yoğun bağırsaq keçməməzliyinin yaranma səbəbi və xarakterindən asılıdır:

 

“İstənilən halda bu xəstəliyin müalicəsi stasionar şəraitdə aparılır. Yoğun bağırsağın hissəvi xarakterli mexaniki keçməməzliyində maye və qidanın bir hissəsi bağırsaq boyunca hərəkət edə bildiyindən stasionarda uzun müddət qalmaq tələb olunmur. Belə pasiyentlərə aşağı lifli pəhriz – həzm prosesini ləngitməyən qida məhsullarının qəbulu məsləhət görülür.

Yoğun bağırsağın tam xarakterli mexaniki çatışmazlığı möhtəviyyatın həzm traktı boyunca hərəkət edə bilməməsi ilə xarakterizə olunur. Bu səbəbdən müalicə cərrahi yolla aparılır. Əksər hallarda bağırsağın nekrozlaşmış seqmenti kəsilir, yoğun bağırsağın plastikası yerinə yetirilir.

Yoğun bağırsağın paralitik və ya funksional keçməməzliyi adətən müəyyən müddətdən sonra keçib gedir. Əks halda bağırsağın saya əzələlərinin yığışmasının stimulyasiyasına və sinir-əzələ keçiriciliyinin yaxşılaşmasına yönəldilən medikamentoz terapiya icra olunur. Bu preparatlar qidanın həzm traktında normal pasajını təmin edir.

 

Nərminə xanım bildirdi ki, bu patoloji vəziyyətin müalicəsində istifadə olunan ən effektiv preparat neostiqmindir. Həkim deyir ki, yoğun bağırsağın paralitik keçməməzliyinin müalicəsi həm ambulator şəraitdə, həm də stasionarda aparıla bilər:

 

“Bu zaman bağırsaq keçməməzliyinə səbəb olan patoloji vəziyyətin terapiyasına daha çox diqqət ayrılır. Yoğun bağırsaq keçməməzliyi dərman preparatları ilə bağlı olduqda onların qəbulu dərhal kəsilməlidir. Vaxtında tibbi yardım göstərildikdə yoğun bağırsağın mexaniki çatışmazlığının proqnozu adətən qənaətbəxş olur. Patoloji vəziyyətin yoğun bağırsaq xərçəngi fonunda inkişaf etdiyi və uzaq metastazların yarandığı hallar istisna sayılır. Adekvat müalicə aparıldıqda paralitik bağırsaq keçməməzliyinin proqnozu qənaətbəxş olur. Onun profilaktikası məqsədilə yaşı 60-dan yuxarı olan xəstələr vaxtaşırı proktoloji müayinədən keçməlidir. Bu patoloji vəziyyətə səbəb ola biləcək şiş və ya digər xəstəliklər vaxtında aşkarlanaraq, müalicə olunmalıdır.

 

 

DİQQƏT!

 

Həkim-terapevt Nərminə Abbasova bağırsaq keçməzliyi xəstəliklərdən əziyyət çəkənləri müalicə olunmaları üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI