Bu ölkə də “TikTok”u qadağan etdi

09:11 29-06-2021 | icon 363 | Maraqlı
Bu ölkə də “TikTok”u qadağan etdi

Pakistan məhkəməsi ölkədə “TikTok” sosial şəbəkəsinin iyulun 8-dək qadağan olunması barədə qərar çıxarıb.

 

“Haber Global”ın məlumatına görə, Pakistan vətəndaşı əxlaqsız kontent səbəbindən “TikTok”a qarşı məhkəmə iddiası qaldırıb.

 

İddiada sosial şəbəkənin İslamın hökmlərinə və Pakistan mədəniyyətinə zidd olan siyasət yeritdiyi bildirilib. Xüsusən də, “TikTok” tərəfindən LGBT-nin təbliğinin milli mənəvi dəyərlərə əks olduğu qeyd edilib.

 

Məhkəmə, 8 avqustda keçiriləcək iş üzrə növbəti iclasın keçiriləcəyi vaxtadək sosial şəbəkənin fəaliyyətinin qadağan olunması barədə qərar qəbul edib.

 

Qeyd edək ki, ötən ilin oktyabrında “TikTok”a qarşı Pakistan Telekommunikasiya Agentliyi tərəfindən də “əxlaqsız kontent” səbəbilə müvəqqəti qadağa tətbiq olunmuşdu.

 

Pakistandan öncə isə 2020-ci ilin martın 11-dən aprelin 1-dək adıçəkilən şəbəkə Hindistan məhkəməsi tərəfindən qadağan edilmişdi.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...