KTMT Tacikistana hərbi yardım göstərəcək
Əgər Tacikistan Əfqanıstanla sərhəddə yaranmış vəziyətlə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) yardım istəyərsə, ona hər cür yardım göstəriləcək.
Bunu “RİA Novosti”yə təşkilatın mətbuat katibi Vladimir Zaynetdinov bildirib.
O, əlavə edib ki, bu, həm siyasi, həm texniki, həm də hərbi yardım ola bilər.
V.Zaynetdinov Tacikistanın hələ ki, hər hansı bir yardım barədə KTMT-yə müraciət etmədiyini də qeyd edib.
Xatırladaq ki, dünən “Taliban” silahlılarının Əfqanıstanın Bəlx vilayətinin Tacikistanla sərhəddə yerləşən Ukçuk sərhəd zastavasına hücumu nəticəsində hökumət qüvvələrinin 17 hərbçisi sərhədi keçərək Tacikistan ərazisinə daxil olub. Tacikistan sərhədçiləri isə humanizm göstərərək, onların sərhədi keçməklə həyatlarını xilas etmələrinə mane olmayıb.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"