Belarus Şərq Tərəfdaşlığından getdi
Avropa Birliyi Belarusun Şərq Tərəfdaşlığı proqramını tərk etməsi qərarından təəssüflənir.
Versus.az xəbər verir ki, bunu TASS-a açıqlamasında Avropa Birliyinin rəsmi nümayəndəsi Nabila Massrali deyib.
“AB Belarusun Şərq Tərəfdaşlığı təşəbbüsündə iştirakını dayandırmasına təəssüf edir. Bu proqram AB-nin tərəfdaş ölkələrlə münasibətlərinin gücləndirilməsinə yönəlib. AB hesab edir ki, AB-nin Belarusdakı səfirini məsləhətləşmələr üçün geri çağırması ilə bağlı Minskin etdiyi çağırış özünütəcridə doğru atılan addımdır”, - deyə o bildirib.
Qeyd edək ki, Belarus ötən gün Şərq Tərəfdaşlığı proqramını tərk etdiyini açıqlayıb.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"