Azərbaycandan Rusiya helikopterinin vurulması ilə bağlı DƏLİLLƏR

17:18 29-06-2021 | icon 436 | Müharibə
Azərbaycandan Rusiya helikopterinin vurulması ilə bağlı DƏLİLLƏR

Azərbaycan Vətən müharibəsi zamanı vurulan Rusiyaya məxsus Mİ-24 helikopterinin işi ilə bağlı dəlillər toplayıb və ekspertiza keçirib, faciə ilə bağlı istintaq davam edir.

 

Bu barədə “RİA Novosti”yə Azərbaycan Baş Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri Günay Səlimzadə məlumat verib.

 

“9 noyabr 2020-ci il tarixində Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mİ-24 hərbi helikopterinin vurulması ilə əlaqədar Baş Prokurorluq təcili yoxlama tədbirlərindən sonra cinayət işi açıb. Müvafiq ekspertizalar aparılıb və maddi sübutlar toplanıb, habelə digər zəruri prosessual hərəkətlər edilib”, - deyə mətbuat xidmətinin rəhbəri bildirib.

 

Səlimzadə onu da vurğulayıb ki, Azərbaycan Baş Prokurorluğu Rusiyaya məxsus helikopterin qəzaya uğraması ilə bağlı qanuni qərar qəbul edilməsini təmin edəcək.

 

“Hazırda istintaq davam edir və ekspertizanın nəticələrinə uyğun olaraq qanuni qərar qəbul ediləcək”, - deyə o, vurğulayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür

Rektor yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-dan danışıb