Arıqlamaq istəyənlərin “ağzını kilidləyən” CİHAZ

08:23 30-06-2021 | icon 383 | Maraqlı
Arıqlamaq istəyənlərin “ağzını kilidləyən” CİHAZ

Yeni Zelandiya Universitetinin tədqiqatçıları insanın sözün həqiqi mənasında ağzını kilidləyən yeni arıqlama cihazı icad ediblər.

 

Bu barədə “Vice Journal” xəbər verib.

Məlumata görə, “DentalSlim Diet Control” adlı ixtira maqnit kilidlə xəstələrin dişlərini bir-birinə bağlayır.

 

“Bu cihaz istifadəçinin ağzını yalnız 2 mm-ə qədər açmasına imkan verir. Beləliklə insan maye pəhrizlə kifayətlənir, eyni zamanda danışığında və tənəffüsündə məhdudiyyət yaranmır”, - deyə cihazın yaradıcıları bildiriblər.

 

Məlumata görə, “DentalSlim Diet Control” sınaqlarında iştirak edənlər iki həftə ərzində ortalama 6.36 kq çəki itiriblər, bununla da arıqlamaq üçün böyük motivasiya əldə ediblər.

 

Bununla belə, cihazın yaradıcıları sosial şəbəkələrdə tənqid olunub, maqnit kilidlər isə qeyri-insani və qəddarcasına adlandırılıb.

 

İxtiraçılar cihazın sürətli və ya uzunmüddətli arıqlama vasitəsi kimi nəzərdə tutulmadığını bildiriblər.

 

“DentalSlim Diet Control” əksinə, əməliyyata ehtiyacı olan və arıqlayana qədər əməliyyat edə bilməyən insanlara kömək etməlidir”, - deyə cihazın yaradıcıları əlavə ediblər.

 

Həmçinin o da vurğulanıb ki, istifadəçilər istənilən vaxt maqnitləri söndürə bilərlər.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

“Azərbaycan bayrağı Xankəndi üzərində mütləq dalğalanacaq”

Paşinyanın bəhanələri birdəfəlik bitdi

24 saatın NƏTİCƏLƏRİ

İşcilərin 70 faizi müqaviləsiz işləyir

1 mənzili 10 adama satan şirkəti və EVSİZ QALAN SAKİNLƏR

Sülhməramlıların maşını ATƏŞƏ TUTULDU

“Prezidentin DƏMİR YUMRUĞunun bir parçasıyıq”

Ulu Öndərimiz Heydər Əliyev və Türk Birliyi

Parlamentdə YENİLİK

İlhan Doğan’ın hayatı film oldu

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın NÖVBƏTİ İCLASINDA

“Cənubi Qafqazda sülhün təminatçısı Azərbaycandır”

Buğda, düyü və qarğıdalı idxalında artım

Ermənilərin Şuşanın girişində quraşdırdıqları tank