Lütvi Zadənin xatirəsi əbədiləşdiriləcək
Baş nazir Əli Əsədov görkəmli elm xadimi Lütvi Zadənin xatirəsinin əbədiləşdirilməsi haqqında qərar imzalayıb.
Nazirlər Kabientindən (NK) Versus.az-a verilən məlumata görə, qərarda deyilir:
“Görkəmli elm xadimi Lütvi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2450 nömrəli Sərəncamının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazırlər Kabineti qərara alır:
- Bakı şəhərinin Nəsimi rayonunda yerləşən Texnikihumanitar liseyə Lütvi Zadənin adı verilsin.
- Bakı Şəhər İcra Hakimiyyəti Lütvi Zadənin Bakı şəhərində yaşadığı binaya (Əlövsət Quliyev küçəsi, 79) xatirə lövhəsinin vurulmasını təmin etsin.
- Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsin.
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...