Bu işçilərin əməkhaqları yeni qaydalarla hesablanacaq


“Tibb işçilərinin əməkhaqlarının hesablanması qaydalarının dəyişdirilməsi üzərində operativ iş aparılır. Hazırda işçi qrupu bunun üzərində ciddi çalışır”.
Versus.Az xəbər verir ki, bu barədə 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov məlumat verib.
O bildirib ki, bu qaydalar bütün səhiyyə sahəsinə şamil ediləcək:
“Qeyd edim ki, qaydalar təsdiq edildikdən sonra vətəndaşlara ətraflı məlumat veriləcək”.
K.Ələkbərovun sözlərinə görə, KTM-də çalışan tibb işçilərinə əlavələrin verilməsi iki gün ərzində həyata keçiriləcək:
“Bu əlavələr aprelin 1-dən başlanaraq hesablanacaq və bütün tibb, eləcə də qeyri-tibb sektorunu əhatə edəcək”.
Xəbər lenti

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın NÖVBƏTİ İCLASINDA
Konkret fərdi müraciətlərə baxılması qaydası üzrə hazırlanmış qeydiyyat forması...