Güzəştli mənzillərin gözləmə qaydası ilə satışa çıxarılacağı tarix

17:36 01-07-2021 | icon 399 | İqtisadiyyat
Güzəştli mənzillərin gözləmə qaydası ilə satışa çıxarılacağı tarix

Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 13, 4 saylı binası üzrə 36, 5 saylı binası üzrə 87, 6 saylı binası üzrə 30, 7 saylı binası üzrə 77, 8 saylı binası üzrə 16, 9 saylı binası üzrə 16, 10 saylı binası üzrə 16 və 11 saylı binası üzrə 16 mənzil olmaqla, ümumilikdə 307 mənzilin satışı prosesi başa çatıb.

 

 Versus.az xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyindən verilən məlumata əsasən, satışa çıxarılan 307 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə həyata keçirilib.

 

“Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı 19 142 nəfərdir. Bugünkü satış zamanı 307 mənzilin seçimində iştirak edənlərin sayı 1 150 nəfər olub. Seçilmiş 307 mənzilin 245-i vətəndaşlar tərəfindən imzalanaraq ərizələri təqdim edilib.

 

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi isə 6 iyul 2021-ci il tarixində saat 11:00-da başlayacaq və 15 iyul 2021-ci il tarixi saat 11:00-dək davam edəcək.

 

Qaydaya əsasən satış müddətində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı