Təcili Yardımdan günvurma AÇIQLAMASI

18:22 01-07-2021 | icon 355 | Sağlamlıq
Təcili Yardımdan günvurma AÇIQLAMASI

Həssas insanlar özlərini daha çox qorumalıdırlar

 

“Mövsum başlayandan Təcili Yardıma günvurmadan 19 müraciət olub. 7 xəstə stasionara yerləşdirilib, digərlərinə yerində yardım göstərilərək, evə buraxılıblar”

 

Versus.az xəbər verir ki, bunu Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva “Günvurma” ilə bağlı sualları cavablandırarkən bildirib.


Həkim qeyd edib ki, isti vaxtlarda yaşlı, həssas insanlar özlərini daha çox qorumalıdırlar:


“Bu, ürək tutmalarına, huş itirilməsinə gətirib çıxarır. Ümumilikdə ən çox uşaqlar, yaşlılar və artıq çəkisi olanlar günvurmaya məruz qalır”.

 

Fərzəliyevanın sözlərinə görə, günvurma nəticəsində tərləmə uzun müddət davam edirsə, bu ağırlaşmalara gətirib çıxarır:

 


“Bu zaman orqanizmdə su və duzun miqdarı poozulur. Günvurma təhlükəsi günün qızmar vaxtlarında - səhər saat 11-12-dən axşam 17-18-ə kimi davam edir. Yüngül əlamətlər başlayarsa, insan bunu hiss edir. Bu zaman başgicəllənmə, göz önündə qara nöqtələrin sayrışması, ürəkbulanma kimi hallar olur. İnsan gün vurmanı dərhal hiss edib fikir verməzsə, bu zaman günvurmanın təsiri ağırlaşır”.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin