Pişiklər üçün KOMENDANT SAATI
Avstraliyanın Noks şəhərində pişiklər üçün komendant saatı tətbiq edilib.
Bu barədə “Daily Mail” xəbər verib.
Bildirilir ki, quşları, opposumları və sürünənləri qorumaq üçün ev heyvanlarının çölə çıxması qadağan edilib.
Sahibləri pişiklərin yerini izləməlidirlər. Noks sakinləri heyvanlarını yalnız evdə, tövlədə, qarajda və ya volyerdə saxlaya bilər, küçəyə isə ancaq öz həyətyanı sahələrinə buraxa bilər.
Lakin ekoloqlar quş və sürünənləri xilas etmək üçün atılan bu addımı qəzəblə qarşılayıblar.
“Bunlar sadəcə onlara qarşı ədalətsizlikdir. Bir növ pələngi zooparkda saxlamaq kimi bir şeydir”, - deyə yerli sakinlərdən biri bildirib.
Cari ilin oktyabrın 1-dən etibarən səlahiyyətlilər yeni təşəbbüslə bağlı keçid mərhələsinə başlayacaqlar. Pişikləri ev ərazilərini tərk etdikləri təqdirdə sahiblərinə xəbərdarlıq göndəriləcək. Altı aydan sonra isə bu xəbərdarlıq 500 dollar (təxminən 850 manat) cərimə ilə əvəzlənəcək.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"