Azərbaycan İstanbul Beynəlxalq Kitab Sərgisində təmsil olunur

10:21 12-11-2018 | icon 452 | Mədəniyyət
Azərbaycan İstanbul Beynəlxalq Kitab Sərgisində təmsil olunur

 

Noyabrın 10-da 37-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin açılışı olub. Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı və İstanbuldakı baş konsulluğumuzun dəstəyi ilə sərgidə ölkəmiz geniş sahədə qurulmuş xüsusi stendlə təmsil olunur.

 

Nazirlikdən Versus.Az-a verilən məlumata görə, "Həyatı ədəbiyyatla əhatə edək" mövzusunda keçirilən builki sərgiyə xarici və yerli iştirakçılardan ibarət 800-dən çox təşkilat qatılıb. Kitab sərgisinin "Fəxri yazarı" Selim İleridir. Azərbaycan bölməsində Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və yerli nəşriyyatlar tərəfindən çap olunmuş, Azərbaycanın tarixini, mədəniyyətini, ədəbiyyatını, musiqisini, memarlığını, multikultural dəyərlərini, dövlətçilik və tolerantlıq ənənələrini əks etdirən 350 adda çap məhsulu sərgilənir.

 

Eyni zamanda, stenddə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş kitablardan ibarət xüsusi guşə yaradılıb. Guşədə Cümhuriyyətimizin tarixini özündə ehtiva edən nadir nəşrlər nümayiş olunur. Bundan başqa, Mədəniyyət Nazirliyinin "Azərbaycan kitabının dünyada tanıdılması" layihəsi çərçivəsində Türkiyədə fəaliyyət göstərən “Zəngin Yayınçılıq” nəşriyyatı tərəfindən türk dilində çap edilən 36 adda kitab da ziyarətçilərə təqdim edilir.

 

Azərbaycan bölməsində, həmçinin "Kaspi nəşrləri" seriyasından maraqlı kitablar sərgilənir. "Kaspi" qəzeti və "Kaspi" Təhsil Şirkətinin dəstəyi ilə çap olunan bu kitablar dörd dildədir. Burada sərgilənən "Kaspi nəşrləri" - ulu öndər Heydər Əliyevin zəngin və mənalı ömrünə, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına, mətbuat tarixinə və dahi şair Hüseyn Cavidə aid kitablar ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

 

Stenddə quraşdırılmış monitorda Azərbaycanın gözəl guşələrini, nadir tarixi və memarlıq abidələrini, müasir görkəmini əks etdirən videoçarxlar nümayiş olunur.

Sərgi çərçivəsində bölməmizdə Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən bir sıra birgə tədbirlər planlaşdırılıb.

Sərgi noyabrın 13-dək davam edəcək. Azərbaycan bölməsində nümayiş olunan kitabların əsas hissəsi sərginin sonunda ziyarətçilərə paylanılacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

Nura Surinin “Dünyaya qəribəm” klipi

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Hansı QADAĞALAR olacaq?

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı