PFL-dən AÇIQLAMA

13:38 05-07-2021 | icon 454 | İdman
PFL-dən AÇIQLAMA

“Səfər qolunun üstünlüyü məsələsi bir müddətdir ki, müzakirə mövzusu idi. Qatıldığım əksər onlayn görüşlərdə bu məsələ ilə bağlı da fikirlər paylaşılırdı. Yekunda UEFA İcraiyyə Komitəsinin qərarı ilə səfər qolu üstünlüyü aradan qaldırıldı. Bu isə o deməkdir ki, komandalar iki oyunun nəticəsinə görə eyni sayda qol vurarlarsa, istənilən halda əlavə hissələr oynanılacaq”.

 

Versus.Az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının (PFL) Texniki İdman şöbəsinin rəisi Elgiz Abbasov deyib.

 

O, bundan sonra Azərbaycan Kubokunun 1/4 və 1/2 final matçları zamanı səfər qolu prinsipinin tətbiq olunmayacağını bildirib. E.Abbasovun sözlərinə görə, bu ayın sonlarında PFL-in növbəti mövsüm üçün Əsasnaməsi təsdiq olunanda, bu qayda orada da əks olunacaq:

 

“UEFA bunu öz bayrağı altında keçirilən yarışlara şamil edib, yəni, yerli liqalar üçün məcburiyyət sayılacaq bir bənd yoxdur. Amma istənilən halda UEFA qərarı hər bir liqa tərəfindən də müzakirə olunur. Hazırda elə bir zaman kəsiyidir ki, növbəti mövsümün Əsasnaməsi hazırlanır və bir çox məsələ müzakirə olunur. Azərbaycan Kubokunda səfər qolunun üstünlüyünün ləğv olunub-olunmaması da müzakirə mövzularından biridir. Biz bununla bağlı klubların baş məşqçiləri ilə də danışmışıq, amma istənilən halda yekun qərar PFL-ə məxsusdur.

 

Böyük ehtimalla, səfər qolu üstünlüyü ləğv olunacaq, amma bunu rəsmiləşmiş qərar kimi hələ təqdim edə bilmərik. PFL-in yeni mövsüm üçün Əsasnaməsi təsdiq olunduqdan sonra bunu rəsmiləşmiş hesab etmək olar. Futbol yeniliyi sevən oyundur. Son illərə nəzər yetirsəniz, çox sayda qlobal dəyişikliyin olduğunu görə bilərik. Düzdür, səfər qolu uzun müddətdir ki, futbolun ayrılmaz tərkib hissəsidir, amma istənilən sahədə olduğu kimi futbolda da yeniliklər qaçılmazdır”.

 

Qeyd edək ki, səfər qolu prinsipi UEFA yarışlarında 1965-ci ildən tətbiq olunurdu. İyunun 24-də UEFA klublar tərəfindən narazılıqları nəzərə alaraq, səfər qolu prinsipinin klub yarışlarında tətbiq olunmayacağını bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür

Klipi üçün 10 kilo çəki atdı