“Delta”dan sonra koronavirusun simptomları dəyişib

07:11 06-07-2021 | icon 369 | Sağlamlıq
“Delta”dan sonra koronavirusun simptomları dəyişib

Koronavirusun Hindistanda meydana çıxan “Delta” variantından sonra simptomları dəyişib.

 

“The Telegraph” Böyük Britaniya Milli Səhiyyə Xidmətinin (NHS) həkimlərinə istinadən bu barədə xəbər yayıb.

 

Bildirilir ki, qoxu və ya dadbilmənin itməsi, qızdırma və öskürək artıq ən çox görülən simptomlar deyil.

 

Eyni zamanda, yeni ştamm simptomları baxımından daha çox soyuqdəyməyə bənzəyir, bu səbəbdən çox insan həkimlərə müraciət etmir:

“Koronavirus hazırda tamamilə fərqli bir şəkildə hərəkət edir: daha çox gənclərə yoluxan virus soyuqdəymənin ağır formasına bənzəyir”.

 

Məlum olub ki, çox vaxt yeni simptom baş ağrısıdır- xəstələrin üçdə ikisi bunu hiss edir. Xəstələrin 15 %-də baş ağrısı koronavirus infeksiyasının yeganə simptomu olub. Boğaz ağrısı və burun axıntısı daha az yayılıb. Bu iki əlamət 40 yaşınadək yoluxanların yarısında müşahidə olunur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

Prezidentdən mühüm MESAJLAR

Əli İnsanovun məhkumluğu GÖTÜRÜLDÜ

Daha 4 kənd Ordumuzun nəzarətinə keçir?

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası YARADILIB

Pensiya alanlara MÜHÜM XƏBƏR

İllərlə seks köləsi kimi qaldı

Yüksək vəzifəyə YENİ TƏYİNAT

Uşaqlara görə nə qədər sosial müavinət verilir?

Süd vəzi xərçəngi ilə kəpək arasında ƏLAQƏ

Cüdoçularımız 25 il sonra ilkə imza atdılar

BDU-da ciddi NÖQSANLAR

Ali məktəbə qəbul olanların NƏZƏRİNƏ

Şuşada 32 ildən sonra İLK TOY

Röya “Yakışıklım” dedi