Yüksək vəzifələrə TƏYİNATLAR

12:30 07-07-2021 | icon 379 | İqtisadiyyat
Yüksək vəzifələrə TƏYİNATLAR

Əmanətlərin Sığortalanması Fondunda iki təyinat olub.

 

Qurumdan Versus.Az-a verilən məlumata əsasən, bunlardan biri - Azər Əmirov Fondun Kreditlərin idarə edilməsi departamentinin Məhkəmələrlə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

 

Azər Əmirov 1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr pilləsi üzrə fərqlənmə ilə, 2002-2005-ci illərdə isə həmin fakültədə magistratura pilləsini eyni müvəffəqiyyətlə başa vurub.

O, 2002-ci ilin sonundan 2011-ci ilin iyul ayına qədər Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müxtəlif vəzifələrdə qulluq keçib.

 

 

Digəri isə Cəlal Rayidir. Cəlal Rayi Fondun Risklərin idarə edilməsi və investisiya departamentinin direktoru vəzifəsinə təyin edilib.

 

Bildirilib ki, Cəlal Rayi 2005-2009-cu illərdə Hindistanın Banqalore Universitetinin biznesin idarə olunması ixtisasını bakalavr dərəcəsi üzrə fərqlənmə diplomu ilə bitirib. 2015-2017-ci illərdə isə ADA Universitetində və Niderlandın Magistr İdarəetmə Məktəbində biznesin idarə olunması ixtisası üzrə xüsusi magistr dərəcəsini bitirib.

 

Əlavə olaraq, o, 2018-ci ildə dünyaca məşhur Qlobal Risk Peşəkarları Birliyi İnstitutunun maliyyə riskinin idarə edilməsi ixtisası üzrə sertifikatına sahib olub.

 

Cəlal Rayi 2012-ci ildən bu günədək həm özəl həm də dövlət təşkilatlarında peşəkar mütəxəssis kimi çalışıb. 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol