Su tapançası ilə Olimpiya məşəlini söndürmək istədi
Yaponiyada Olimpiya məşəli estafeti zamanı maraqlı insident baş verib.
Görüntülər sosial şəbəkələrdə yayılıb.
İbaraki prefekturası sakinlərindən biri su tapançası ilə məşəli söndürməyə cəhd edib. Lakin 53 yaşlı qadının cəhdi uğursuz olub.
Polis tərəfindən saxlanılan xanım ölkədə Olimpiadanın keçirilməsinin əleyhinə olduğunu bildirib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"