"QHT-lərin maliyyə dəstəyinə ehtiyacı var"

17:21 13-11-2018 | icon 417 | Siyasət
"QHT-lərin maliyyə dəstəyinə ehtiyacı var"

 

"Bu gün qeyri-hökumət təşkilatlarının ehtiyaclarını büdcə maraqlarımıza uyğun şəkildə qarşılamaq baxımından bir sıra çətinliklərlə üzləşirik".

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.

A.Quliyev bildirib ki, 10 ildir ki, Prezidentin təşəbbüsü ilə ölkədə vətəndaş cəmiyyəti institutlarına, xüsusilə qeyri-hökumət təşkilatlarına (QHT) dövlət dəstəyi həyata keçirilir:

 

“Hesab edirəm ki, bu çox mühüm məqamdır. Ölkə ictimaiyyəti, xüsusilə ictimai sektor dövlət qayğısını yüksək qiymətləndirir. Bu gün QHT-lərin ehtiyaclarını büdcə maraqlarımıza uyğun şəkildə qarşılamaq baxımından bir sıra çətinliklərlə üzləşirik. Mən hörmətli maliyyə naziri Samir Şərifovdan xahiş edirəm ki, bu məqama diqqət yetirsin. Xüsusilə nəzərə alsaq ki, QHT-lərə Dövlət Dəstəyi Şurasına ayrılan vəsait son 3 ildir artmır, əksinə azalır. Nəzərə alsaq ki, 2015-ci ildə 6,6 milyon manat vəsait ayrılmışdısa, indi bu vəsait 5,6 milyon manata endirilib. Biz bu vəsaiti QHT-lər arasında bölsək, çox az məbləğ olur”.

 

A.Quliyev qeyd edib ki, digər tərəfdən nəzərə almaq lazımdır ki, bu gün dövlətin maraqlarını qoruyan QHT-lərin dəstəklənməsinə xüsusi ehtiyac var:

 

“Bu gün bir çox sahələrdə QHT yalnız dövlətin verdiyi dəstəyi alır. Onların başqa maliyyə mənbəsi yoxdur. QHT-lərin həm ölkə daxilində, həm də xaricdə dövlətimizin maraqlarını müdafiə etməsi baxımından maliyyə dəstəyinə ehtiyacı var. Mən Samir Şərifovdan bir daha xahiş edərdim ki, QHT-lərə ayrılan vəsait bu baxımdan da nəzərə alınsın. Hazırki dövlət büdcəsindən əlavə 4,6 milyon manat vəsait QHT-lərə Dövlət Dəstəyi Şurasına ayrılsın. Şuranın ümumi büdcəsinin 10 milyon 200 min manat həcmində müəyyənləşdirilməsi məsələsinə baxılsın. Ümid edirəm ki, hökumətimiz bu məsələyə daha qayğılı yanaşacaq və qaldırılan məsələlərə müəyyən mənada dəstək verəcək”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı