İtaliyanın Siciliya adasındakı Etna vulkanı yenidən fəallaşıb.
“Haber Global”ın məlumatına görə, ətrafa yayılan kül dumanı səbəbindən ada üzərindən təyyarə uçuşları dayandırılıb. Həmçinin, uçuş-eniş zolağı kül tozu ilə örtülən Kataniya şəhər aeroportunun da işində fasilə yaranıb.
Vulkanın 10 kilometr yüksəkliyə kül püskürdüyü bildirilib.