“Rəsmi oyunlarda özümü tam fərqli hiss edirəm”

11:48 08-07-2021 | icon 608 | İdman
“Rəsmi oyunlarda özümü tam fərqli hiss edirəm”

“Legiya”nın heyətində ilk rəsmi oyununda uğurlu çıxış edən Mahir Emreli oyun barədə təəssüratlarını bölüşüb.

 

Bu barədə “Legiya”nın rəsmi saytında məlumat dərc olunub.

 

“Çox sevincliyəm. Yoxlama oyunlarında fərqlənmişdim, ancaq rəsmi oyunlarda özümü tam fərqli hiss edirəm. Bu oyun barədə unudub, yenidən bizim stadionda qarşılaşmağa hazır olmaq lazımdır. Varşavada sizə ən yaxşı oyunu göstərməyə ümid edirik. Cavab qarşılaşmasında atmosfer və şərtlər tamamilə fərqli olacaq. Çətin oyun olacaq, yaxşı hazırlaşmalı və var gücümüzlə çalışmalıyıq”, - deyə M.Əmrəli bildirib.

 

Xatırladaq ki, 24 yaşlı hücumçu Çempionlar Liqasının birinci təsnifat mərhələsinin “Budö/Qlimt”ə qarşı birinci oyunda yeni komandası ilə ilk rəsmi oyununa çıxıb. Forvard Norveçdəki oyuna start heyətində başlayıb. O, erkən qola sevinən “Legiya”nın ikinci topuna 41-ci dəqiqədə imza atıb. Fasilə ərəfəsində skandinaviyalılar fərqi azaltsa da, Mahir ikinci hissədə də qol sevinci yaşayıb. O, 61-ci dəqiqədə dubl edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin