Britaniya ərazisinə giriş qaydaları dəyişiklik
Böyük Britaniya ərazisinə giriş qaydalarını dəyişib.
Yeni qaydalara görə, “sarı” siyahıda olan ölkə vətəndaşlarından koronavirusa qarşı iki doza peyvənd vurduranlara və 18 yaşdan kiçik şəxslərə karantin tətbiq olunmayacaq.
Ancaq həmin şəxslər uçuşdan əvvəl və sonra test verməlidirlər.
“Anadolu” agentliyi ölkənin nəqliyyat naziri Qrant Şappsın açıqlamasına istinadla xəbər verir ki, “qırmızı” siyahıda olan ölkə vətəndaşları üçün karantin məcburiyyəti qalacaq.
Ölkələrin “yaşıl”, “qırmızı” və “sarı” siyahıya daxil olması barədə yenilənmə iyulun 15-də tətbiq ediləcək.
Britaniya peyvənd nisbətlərinə, xəstəlik sayına və yeni növlərin yayılmasına görə ölkələri “yaşıl”, “sarı” və “qırmızı” olaraq 3 qrupa ayırdığı və “işıqfor” adlandırdığı siyahını 3 həftədə bir yeniləyir.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"