Bayden bu 10 şirkəti “qara siyahı”ya salacaq
ABŞ Prezidenti Co Bayden Çinin Sincan Uyğur Muxtar Bölgəsində insan haqlarını pozması və yüksək texnoloji nəzarət sistemlərindən istifadə etməsi iddiası ilə əlaqədar bir neçə Çin şirkətini “qara siyahı”ya salmaq niyyətindədir.
Bu barədə “Reuters” agentliyi məlumat verib.
Mənbə qeyd edir ki, ABŞ ən azı 10 şirkətə qarşı iqtisadi restriksiya tətbiq edəcək.
Qeyd edilir ki, bu addım Ağ Evin Çinin insan haqları pozuntularına görə məsuliyyətə cəlb edilməsi səylərinin bir hissəsidir.
Ağ Evdə sözügedən məlumatı şərh etməkdən imtina ediblər, ABŞ Ticarət Nazirliyi “Reuters”in sorğusuna cavab verməyib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"