Cırtdan inək ulduza çevrilib
Banqladeşdəki fərdi təsərrüfatların birində yaşayan Rani adlı inək əsl ulduza çevrilib.
Sosial şəbəkələrdə görüntüləri yayılan heyvanın özəlliyi onun ölçüsündədir.
Məsələ burasındadır ki, inəyin boyu cəmi 51 sm, çəkisi isə 28 kq-dır.
İnəyin artıq iki yaşı tamam olub. Bu müddət ərzində onun yaşadığı fermanı 15 mindən çox turist ziyarət edib.
Rani digər inəklərdən ayrı saxlanılır. Sahibi bildirir ki, cırtdan öz həmcinslərindən qorxur.
Xəbər lenti
Urmiya gölünün son peyk görüntüsü
Gölün cənubunda suyun səviyyəsinin bir qədər çox...