50-dən çox ailəyə mal-materiallar verilib

23:03 13-11-2018 | icon 386 | Gündəm
50-dən çox ailəyə mal-materiallar verilib

 

Bu gün özünüməşğulluq proqramı çərçivəsində daha 50-dən çox ailəyə mal-materiallar verilib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Versus.Az-a verilən məlumata görə, Prezident İlham Əliyevin müvafiq Sərəncamının icrası işlərinin davamı olaraq, nazirlik tərəfindən bu gün özünüməşğulluq proqramı çərçivəsində Şamaxı, İsmayıllı, Ağsu, Tovuz, Göygöl və digər bir sıra rayonlarda 50-dən işsiz və işaxtaran şəxsə aktivlər (mal və materiallar) təqdim olunub.

Onlardan böyük əksəriyyəti biznes-planlarına uyğun olaraq heyvandarlıq üzrə təsərrüfatlarını qurmaq üçün iri və xırda buynuzlu mal-qara ilə təmin ediliblər.

 

Mal-və materiallarla təmin olunan insanlar bu proqrama cəlb olunarkən ilk növbədə təlim kurslarında iştirak etdiklərini, bu kursda biznesin təşkili və idarə olunması üzrə zəruri bilik və bacarıqlara yiyələndiklərini bildiriblər. Onlar ölkəmizdə belə bir əhəmiyyətli proqramın həyata keçirilməsinə, aztəminatlı ailələrin rifah halının yaxşılaşdırılması, kiçik ailə biznesinə çıxış üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.

 

Proqram çərçivəsində yaradılan təsərüfatların böyük əksəriyyəti kənd təsərrüfatı sahələrini əhatə edir ki, bu da həmin sahənin inkişafı, aqrar sektorda məhsul artımı üçün əlavə dəstəkdir.

Cari ildə özünüməşğulluq proqramı çərçivəsində artıq 1100-dən çox ailə təsərrüfatı yaradılıb və proqram iştirakçılarının mal-və materiallarla təmin olunması işləri davam edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi