Bu gün Ümumdünya Diabet Günüdür

13:46 14-11-2018 | icon 508 | Sağlamlıq
Bu gün Ümumdünya Diabet Günüdür

 

Kanada fizioloqu Frederik Bantinqin uşaqlıq dostu şəkərli diabet xəstəliyindən vəfat edib. Faciəli hadisə onu həmin xəstəliyin müalicəsi üçün vasitə tapmaq barədə axtarışa təhrik edib.

 

Versus.Az-ın məlumatına görə, Qədim Roma təbibləri Sels və Aret bəzi xəstələrdə çoxlu sidik ifrazı, həddən artıq susuzluq əmələ gəldiyi və çəki itkisini qeyd edirdi. XVII əsrdə ingilis həkimi Tomas Uillis isə həmin əlamətlər olan xəstələrdə sidiyin şirintəhər dada malik olduğunu vurğulayırdı. XIX əsrdə isə nazik bağırsaqda nişastanın qlükozaya çevrilməsi və qaraciyərə daxil olan qan nəticəsində diabetə səbəb olması müəyyən edilmişdi.

Lakin uzun əsrlər boyu "şəkərli diabet" diaqnozu qoyulan xəstələr onunla mübarizə vasitələri tapa bilmirdilər və nəinki sağalmağa, hətta yaşamağa da ümid verən hormondan xəbərsiz idilər.

 

1922-ci ilin yanvarında Frederik Bantinq ilk dəfə insulinin inyeksiyasını şəkərli diabetin ağır formasından əziyyət çəkən 14 yaşlı oğlana vuraraq onun həyatını xilas edib. O, bundan sonra ixtira etdiyi insulinə patent almaq hüququnu Toronto universitetinə verib. Həmin ilin axırlarında yeni preparat dərman bazarında çıxarılıb.

Bantinq apardığı tədqiqatlarının nəticələrinə görə doktorluq dissertasiyası müdafiə edərək Toronto universitetində elmi dərəcə alıb. 1923-cü ildə Ontario vilayətinin hakimiyyət orqanları Toronto universitetində onun adına tibbi tədqiqatlar bölməsi təsis edib.

 

Frederik Bantinqin Con Makleodla birlikdə ixtira etdiyi hormon milyonlarla diabet xəstəsinin həyatını xilas etdi. Şəkərli diabet indi də sağalmayan xəstəliklər sırasına daxil olsa da, insulinin hesabına onu nəzarətdə saxlamaq olur. 1923-cü ildə biokimya və təbabət sahəsində Nobel mükafatı Bantinq və Makleoda verilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür