“Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımalıdır”

15:03 12-07-2021 | icon 315 | Dünya
“Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımalıdır”

Qarabağ Azərbaycanın tərkibində tanınan kimi Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalanacaq.

 

Bu barədə tanınmış erməni fəal, bloqer İşxan Verdyan Caliber.Az-a verdiyi müsahibəsində bəyan edib.

 

Onun sözlərinə görə, Qarabağın gələcəyi müəyyənləşmədən məsələ həllini tapmayacaq.

 

“Azərbaycan Qarabağı öz tərkibinə tam şəkildə qəbul etməlidir, bundan sonra sülh sazişindən danışa bilərik. Ermənistan da bu məsələni bağlamalıdır. Hazırda Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Qarabağ məsələsində ATƏT-in Minsk qrupuna istinad edir, özü isə siyasi təşəbbüskarlıq göstərmir. Ancaq mənim subyektiv fikrimcə məhz ATƏT-in Minsk qrupunun 30 illik fəaliyyəti qanlı müharibəyə gətirib çıxardı”.

 

Müsahibin fikrincə Nikol Paşinyan regionda siyasi impotent sayılan ATƏT-in Minsk Qrupu həmsədrlərinə baxmadan təşəbbüslərlə çıxış etməlidir.

 

“Nikol Paşinyanın necə davranacağını bilmirəm, bu, mənə aydın deyil. Ancaq sülh müqaviləsinin imzalanması birbaşa onun atacağı addımlardan asılıdır. Məsələ Qarabağın Azərbaycanın təkrkib hissəsi kimi tanınmasından gedir. Bu baş verən kimi sülh müqaviləsi imzalanacaq. Ancaq bunun nə vaxt baş verəcəyini demək mənim üçün çətindir”, - deyə Verdyan sözlərini yekunlaşdırıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı