Ali məktəblərə yeni hüquq verildi
Azərbaycanda ali təhsil müəssisələrinə orta ixtisas təhsili vermək hüququ verilib.
Versus.Az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nə dəyişikliklər edib.
Nizamnamənin indiyədək mövcud olan variantına əsasən, ali təhsil müəssisəsi müvafiq səviyyələr üzrə ali təhsil proqramlarını həyata keçirən, hüquqi şəxs statusuna malik təhsil müəssisəsidir.
Nizamnaməyə edilən yeni dəyişikliklərə əsasən isə ali təhsil müəssisəsi “Təhsil haqqında” qanuna uyğun olaraq ali, orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, hüquqi şəxs statusuna malik təhsil müəssisəsidir.
Ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində təsisçinin razılığı ilə orta ixtisas təhsili həyata keçirilə bilər. Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili qaydası Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin öz arzusu ilə ali təhsil müəssisəsinin orta ixtisas təhsili pilləsinə köçürülməsi Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir.
Ali təhsil müəssisələrində “Təhsil haqqında” qanuna uyğun olaraq psixoloji xidmət təşkil olunur.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"