Şahmatçılarımızdan 1 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət

08:37 13-07-2021 | icon 330 | İdman
Şahmatçılarımızdan 1 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət

Rusiyanın Soçi şəhərində start götürən dünya kubokunda Azərbaycan şahmatçıları mübarizəyə başlayıblar.

 

Versus.az xəbər verir ki, kişilərin yarışında yüz iyirmi səkkizdəbir final mərhələsindən Vasif Durarbəyli mübarizəyə qoşulub.

 

V.Durarbəylinin bu mərhələdə Finlandiyanı təmsil edən Dmitri Sklyarovla qarşılaşması heç-heçə ilə başa çatıb. Kişilərin yarışında Şəhriyar Məmmədyarov və Nicat Abasov altmış dörddəbir final mərhələsindən mübarizəyə başlayacaqlar.

 

Qadınların yarışına gəlincə, altmış dörddəbir finalda Türkan Məmmədyarova kubalı Tereza Ordaz Valdez ilə heç-heçə edib, Gülnar Məmmədova estoniyalı Mai Narvaya qalib gəlib, Ülviyyə Fətəliyeva isə hindistanlı Raut Padminiyə uduzub.

 

Qadınların yarışında dördüncü təmsilçimiz, Azərbaycanın ən güclü qadın şahmatçısı Günay Məmmədzadə isə mübarizəyə otuz ikidəbir final mərhələsindən qoşulacaq.

 

Qeyd edək ki, dünya kuboku iddiaçılar turnirinə vəsiqə xarakteri daşıyır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əsən Ana əlləri

“İranın bu təhdidləri yeni deyil”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

“Ludus”un təsisçisi Bakıda

Novxanıda ağır QƏZA

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Qeyri-etik paylaşımlar edən şəxslər HƏBS OLUNDU

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

“Qarabağın Rəngləri”: Qarabağ Dirçəliş Fondunun yeni layihəsi

“Fənərbağça” rəhbərliyindən U19 komandasını sevindirəcək sürpriz

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

2025-ci ildə Bakıda Avropa çempionatı keçiriləcək

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI