ALDP-də təşkilatı məsələlər müzakirə olunub

15:26 17-01-2018 | icon 608 | Siyasət
ALDP-də təşkilatı məsələlər müzakirə olunub

ALDP-də 20 Yanvar faciəsinin növbəti ildönümünün yad edilməsi və təşkilatı məsələlər müzakirə olunub

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bu gün Sədr Aparatının iclasını keçirib. Versus.Az-ın məlumatına görə, iclasda ictimai-siyasi vəziyyət, 20 Yanvar faciəsinin növbəti ildönümünün yad edilməsi və təşkilatı məsələlər müzakirə olunub.

Toplantıda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Fuad Əliyev faciələrimizin dünya dövlətlərinin ali qanunverici organları tərəfindən tanıdılmasının mürəkkəb olduğunu vurğulayaraq, təbliğat aparmaqla ən azından həmin cəmiyyətlərin şüurunda dəyişikliyə nail olunmasının mümkünlüyünü bildirib:

“Bu da bir həqiqətdir ki, faciələrimiz dünyanın ayrı-ayrı ölkələrində qeyd olunmaqla xalqımıza qarşı keçmiş SSRİ rəhbərliyinin, işğalçı Ermənistanın irtıcaçı mövqeyi ifşa olunur. Mənə elə gəlir ki, bu istigamətdə bütün gücümüz səfərbər olunmalıdır. Avropa ilə əməkdaşlıq edən yerli QHT-lər, diaspor təşkilatlarımz, imkanlı azərbaycanlılar Azərbaycan xalqının başına gətirilən faciələrimizin dünyada tanıdılmasında yaxından köməklik göstərməlidirlər”.

ALDP Azərbaycan Demokrat Partiyasının (ADP) 20 Yanvar hüzn günü “Şəhidlər günü” ilə əvəzlənməsi təklifini dəstəkləyərək bildirir ki, həmin gün 20 Yanvar şəhidləri timsalında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimiz anılsın. Təhsil müəssisələrində şəhidlər və şəhidliklə bağlı maarifləndirmək işlərinə başlanılsın. Televiziyada və kütləvi informasiya vasitələrində milli-mənəvi dəyərlərin, şəhidliklə bağlı məsələlərin təbliğat və aşılanmaq işlərininin gücləndirilməsi kimi tədbirlər keçirilsin.

Daha sonra Sədr Aparatı, 20 Yanvar Şəhidlərinin Anım Gününün qeyd edilməsi ilə bağlı 20 Yanvar 2018-ci il saat 12:00-da Şəhidlər Xiyabanını ziyarət etmək haqqında qərar qəbul edib.

Nilufər
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı