"Güzəştli ipoteka təkcə dövlət quluqçularına şamil edilməməlidir"

14:24 14-11-2018 | icon 560 | İqtisadiyyat
"Güzəştli ipoteka təkcə dövlət quluqçularına şamil edilməməlidir"

 

Güzəştli ipoteka təkcə dövlət quluqçularına deyil, həm də müəllimlərə, həkimlərə, mədəniyyət və incəsənət xadimlərinə, yaradıcılıqla məşğul olan şəxslərə şamil edilməlidir.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Jalə Əliyeva parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Deputat qeyd edib ki, internat məktəblərində böyüyən gənclərin ev və işlə təmin olunması, ailə münaqişəsi nəticəsində küçələrdə qalan uşaq və qadınlar üçün sığınacaqların tikilməsi, icbari tibbi sığorta üçün əlavə vəsaitin ayrılması məqsədəuyğundur:

 

“Mədəniyyət bir ölkənin pasportudur, çünki bir çox sahələri özündə birləşdirir. Əlbəttə, mədəniyyətə daha çox diqqət ayrılmalıdır. Büdcədən kino yaradıcılığına ayrılan vəsait yetərli deyil. Kino sahəsinə daha çox diqqət ayrılmalıdır. İstər bədii, istərsə də sənədli filmlər olsun, illər keçdikcə ölkəmizi tanıdan bir vasitəyə çevrilir, ölkənin keçmişini, bu gününü və gələcəyini özündə birləşdirir. Dünya səviyyəli filmlərin çəkilməsi üçün büdcədən daha çox vəsaitin ayrılmasına ehtiyac var”.

 

J.Əliyeva vurğulayıb ki, bütün məsələlərin həllini sadəcə dövlətdən gözləmək olmaz:

 

“İş adamları və özəl şirkətlər də bu məsələdə aktiv olmalıdır. Mədəniyyət nazirimiz komitə iclaslarında mədəniyyət sahəsində sponsorluq məsələsinə toxunub. Dövlət özəl sektora kifayət qədər gözəl şərait yaradır. Özəl müəssisələr də bu məsələlərdə dövlətə yardımçı olmalıdır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…