Güzəştli mənzillərin satışı ilə bağlı rəqəmlər AÇIQLANDI

13:27 13-07-2021 | icon 464 | İqtisadiyyat
Güzəştli mənzillərin satışı ilə bağlı rəqəmlər AÇIQLANDI

Hövsan Yaşayış Kompleksində yerləşən 2 962 mənzildən 2 569-nun rəsmiləşdirilməsi başa çatıb.

 

Versus.az xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyindən əldə edilən məlumata əsasən, onların 1 391-i “güzəştli mənzil” sistemi vasitəsilə, 1 178-i dövlət sifarişi əsasında rəsmiləşdirilib.

 

 

“Güzəştli mənzil” sistemi vasitəsilə rəsmiləşdirilən mənzillərin ödənişi 1 271-i ipoteka krediti hesabına, 120-i vətəndaşın öz vəsaiti hesabına təmin edilib.

 

 

Həmçinin, Hövsan Yaşayış Kompleksində gözləmə qaydasında 97 vətəndaş mənzil sahibi olub.

 

“Güzəştli mənzil” sistemi vasitəsilə mənzil əldə edənlərin 34,7 faizi ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan respublikasının hərbi qulluqçuları, 15,2 faizi ən azı 15 il dövlət ümumi təhsil müəssisələrində müəllim işləyən şəxslər, 13,3 faizini ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxsləri təşkil edib.

 

 

“Güzəştli mənzil” sistemi vasitəsilə vasitəsilə mənzil əldə edənlərin böyük qismini 22-35 yaş arası şəxslər təşkil edib, onlar 852 mənzil əldə ediblər. 36-50 yaş arası şəxslər tərəfindən 320 mənzilin, yaşı 50-dən yuxarı şəxslər tərəfindən isə 219 mənzilin alışı həyata keçirilib.  

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı