Planet üçün ən təhlükəli şəhərlər açıqlanıb

08:55 14-07-2021 | icon 365 | Dünya
Planet üçün ən təhlükəli şəhərlər açıqlanıb

Çinli alimlər istixana qazlarının ən böyük mənbələrinin siyahısını hazırlayıb. Planet üçün ən təhlükəli 25 şəhər arasında Moskva, Pekin və Tokyo var.

 

Versus.az “Reuters”-ə istinadən xəbər verir ki, tədqiqat nəticələri “Frontiers” elmi portalında dərc edilib.

 

Mütəxəssislər 53 ölkədən 167 şəhərdə istixana qazı tullantıları ilə bağlı məlumatları müqayisə ediblər. Emissiya üzrə siyahıda ilk sırada Çin (Pekin, Şanxay və Handan daxil olmaqla 23 şəhəri) qərarlaşıb. Məlum olub ki, Çinin meqapolisləri Moskva (Rusiya) və Tokyo (Yaponiya) ilə birlikdə dünya tullantılarının 52 faizini istehsal edir.

 

İnkişaf etmiş ölkələrdən 68 şəhər tullantıların tam azaldılmasına nail olmaq istəyir. Mütəxəssislər bunlardan 42-sini araşdırıb və yalnız 30-nun (Avropa və ABŞ-da) tullantıların səviyyəsini azaltmağa müvəffəq olduğunu müəyyən edib.

 

Bununla belə, araşdırmaçılar emissiya hesabatlarının fərqli dövrlərdə təqdim edildiyi üçün tədqiqat məlumatlarının səhv ola biləcəyini vurğulayıblar.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI