Bakıda MDB daxili işlər orqanlarının iclası başlayıb

15:27 14-11-2018 | icon 423 | Siyasət
Bakıda MDB daxili işlər orqanlarının iclası başlayıb

 

Bakıda Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin daxili işlər nazirliklərinin kadr aparatları rəhbərlərinin növbəti iclası öz işinə başlayıb.

 

Daxili İşlər Nazirliyindən Versus.Az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından qonaqları salamlayaraq iclasın işinə uğurlar arzulayıb. O, şəxsi heyətin idarə olunması sahəsində mühüm vəzifələrin həllinə yönəlmiş bu forumun əməkdaşlığın daha da genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.

 

Nazirin birinci müavini ölkəmizdə həyata keçirilən hüquq mühafizə siyasəti çərçivəsində daxili işlər orqanlarında da əməliyyat-xidməti fəaliyyətin təkmilləşdirilməsinə, maddi-texniki təminatın möhkəmləndirilməsinə və şəxsi heyətin sosial müdafiəsinin daha da gücləndirilməsinə xüsusi diqqət yetirildiyini, xidmət keçməni, kadrlarla iş məsələlərini tənzimləyən qanunvericilik aktlarının və zəruri vəzifə təlimatlarının qəbul edildiyini diqqətə çatdırıb. Şəxsi heyətin peşəkarlığının artırılması, mənəvi-psixoloji durumunun yüksəldilməsi ilə bağlı sistemli tədbirlərin gerçəkləşdirildiyini qeyd edib, həmçinin Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin daxili işlər nazirliklərinin aidiyyatı xidmət rəhbərlərinin əməkdaşlığının iyirmi ildən artıq bir müddətdə uğurla davam etdiyini, peşəkar kadr korpusunun formalaşdırıldığını, bu potensialın möhkəmləndirilməsi sahəsində müsbət təcrübənin toplandığını və bundan səmərəli istifadə edildiyini vurğulayıb, habelə hazırkı iclasın müəyyən edilmiş hədəflərə çatmaq yolunda daha bir addım olacağına əminliyini ifadə edib.

 

İki gün davam edəcək tədbirin gedişində nümayəndə heyətləri rəhbərlərinin çıxışları dinləniləcək, müzakirələr aparılacaq, iclasın yekununda müvafiq sənəd imzalanacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı