"I qrup əlilə qulluq edən ailə üzvünə əmək stajı və məvacib hesablansın"

17:03 14-11-2018 | icon 143 | Gündəm
"I qrup əlilə qulluq edən ailə üzvünə əmək stajı və məvacib hesablansın"

 

Sosial sahə ən çətin və məsuliyyətli sahələrdəndir. Ona görə də bu sahədə yaranan problemlər, məncə, insan durduqca olacaq. Əsas odur ki, bu problemləri görəsən, düzgün qiymətləndirəsən və onların ədalətli həllinə səy göstərəsən. Bu mənada mən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) fəaliyyətini, xüsusən cəmiyyətdə geniş rezonans doğuran yeni iş prinsiplərini, DOST kimi dəyərli layihələrin həyata keçirilməsini dəstəkləyir, Sahil Babayev və onun komandasına yeni uğurlar arzulayıram.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında 2019-cu il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Elmira Axundova deyib.

Deputat bildirib ki, əhali ilə işləyən, pensiya, müavinətlər və sair ödənişlərə nəzarət edən insanların vəzifə maaşları daha yüksək olmalıdır.

 

“Çünki hazırda ƏƏSMN-nin xüsusən də rayonlarda işləyən əməkdaşlarının məvacibləri 250-300 manat civarındadır. Bu da istər-istəməz neqativ hallara, yəni rüşvətxorluq, korrupsiya və sairə gətirə bilən bir amildir. Ona görə bu çətin sahələrdə işləyən insanların vəzifə maaşlarının əhəmiyyətli dərəcədə yüksəldilməsini istərdim ki, həmin sahəyə bilikli, kreativ, sağlam cavanların axını güclənsin”.

 

Millət vəkili çıxışında şəhid hərbi qulluqçuların vərəsələrinə verilən pullara da toxunub:

 

"Hesab edirəm ki, ədalət prinsipini saxlayaraq bütün şəhid ailələrinə bu yardım edilməlidir. Lakin bəzi vərəsələrin əvvəlki illərdə müəyyən məbləğdə sığorta pulları aldıqları halda, bu pullar hesablanmalı və 2006-cı il denominasiyası nəzərə alınaraq 11 min manat məbləğindən çıxılmalıdır. Məsələn: kimsə 10 il qabaq 100 dollar ya da 50 min manat pul alıbsa, hazırda bu məbləğ təkrar hesablansın və ümumi məbləğdən çıxarılsın. Qalan vəsait vərəsəyə verilməlidir. Qoy bu proses uzadılsın, kimsə bu pulları nisbətən gec alsın, lakin sosial ədalət prinsipi saxlanılaraq, ictimai narazılıq aradan qaldırılacaq".

 

Elmira Axundova həmçinin deyib ki, uşağın anadan olmasına görə verilən birdəfəlik müavinət real tələbatdan 10 dəfə azdır:

 

"Mən təklif edərdim ki, 2-ci, 3-cü və sonrakı doğuşa görə müavinətlər proqressiv şəkildə ödənilsin, yəni 1-ci uşağa görə müavinət 100 manatdırsa, 2-ci uşağa görə 200, 3-cü uşağa görə 300 və s. olsun. Çünki, statistikaya görə respublikada doğum səviyyəsi əvvəlki illərə nisbətən aşağı düşüb və gənc ailələri stimullaşdırmaq lazımdır”.

 

Deputat təklif edib ki, I qrup əlilə ailə üzvlərindən bilavasitə qulluq edən insanlara həm əmək stajı hesablansın, həm də onlar müəyyən məbləğdə heç olmasa yaşayış minimumu həddində məvacib ala bilsinlər:

 

“Çünki məlumdur ki, belə insanlar yalnız xəstənin qeydinə qalmalı olduğundan başqa işlə məşğul ola bilmirlər. Əlil dünyasını dəyişəndə isə ona uzun illər fədakarcasına qulluq edən yoldaşı, bacısı ya anası maddi dəstəkdən tamamilə məhrum olurlar, yeni iş axtarmaq, işə çıxmaq çoxu üçün artıq gec olur”.

Xəbər lenti

Stalinlə vidalaşarkən 3 min insan ayaq altında qalaraq ölüb 

– Böyük rəhbərə son dəfə qurban gedən kiçik adamlar

Azərbaycanlı cüdoçu ermənini məğlub etdi və qızıl medal qazandı -

Nikol Paşinyanın çağırışı ilə Ermənistanda vətəndaşlar məhkəmələrin giriş-çıxışını bağlayıb

BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib

Vladimir Zelenskinin andiçmə mərasimi keçirilib -YENİLƏNİB

Azərbaycan təmsilçisi Çingiz Mustafayevin çıxışı zamanı xəritədə Qarabağ və Naxçıvanın qeyd edilməyib

Fizuli Məmmədov jurnalist Fuad Abbasova dəstək verməyə hazırdı

“Paşinyanın cavabı döyüş meydanında verilməlidir”-MÜSAHİBƏ

Qarabağ klanı Paşinyana qarşı əks-inqilab hazırlayır

Oğul 77 yaşlı anasını öldürdü – Nardaranda dəhşət

Tarix İnstitutunun Keşikçidağla bağlı BƏYANATI

Azərbaycanda dəhşətli hadisədə ölən tələbə...

Tacikistanda İŞİD üzvü olmuş məhbuslar qiyam qaldırıb

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb

XIN “Hayastan”ın Qarabağda elədiyi layihələrə beynəlxalq aləmdə münasibət bildirilməsini təmin etməlidir...

Azərbaycanda gimnastika Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri nəticəsində inkişaf edir

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“Bir qrup adamın Brüsseldəki hərəkətləri ziyanlı və biabırçıdır”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

“Enurez vərdiş deyil, xəstəlikdir” - SƏBƏB və MÜALİCƏSİ

Paralimpiyaçımız Gündüz İsmayılov yeni rekorda imza atdı

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğılarını dinləyib

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

37 saylı Laçın məktəblilərinin növbəti ekskursiyası

Əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

“AXH Əli İnsanovla da əməkdaşlıq qura bilər”

Deputat kəndlərdəki yeni məhlələrdə əhalinin təbii qazla təminatındakı problemlərdən danışıb

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

"Emin-444"ün öldürülməsi ilə bağlı ŞOK FAKTLAR 

AXH Novxanı qəsəbəsində yürüş edəcək