İlham Həşimov: “Qardaşım canından keçmək bahasına Vətənə borcunu yerinə yetirdi”
“Mənim qardaşım ən çətin döyüş mövqelərində xidmətdə olub. Bunu mən yox, onunla birlikdə həmin yerdə xidmət edən Vətən oğulları deyir”.
Versus.az xəbər verir ki, bu sözləri açıqlamasında şəhid general-mayor Polad Həşimovun qardaşı İlham Həşimov deyib.
O bildirib ki, P.Həşimov hava şəraiti, relyefi çətin olan mövqelərdə xidmət edib:
“Daşkəsəndən Kəlbəcərə qədər çəkilən çox çətin yol var. Bir misal çəkdik, yerində gedib araşdırsalar, qardaşımın hansı təhlükəni öz üzərinə götürdüyünün şahidi olarlar. Polad Həşimov bunu tək etməyib, amma təhlükəli sahələri özünə götürüb.
Kəlbəcərdə 3 293 metr hündürlükdə xidmət etmək asan deyil. Oksigen çatışmazlığı, uzun müddət qış, təzyiq fərqi, üstəgəl düşmənlə üzbəüz və daha hansı məqamlara rəğmən o, Vətənə xidmət edib. Xalqımız ilk gündən bizi tək qoymadı. Onlara minnətdarıq”.
Qardaşı deyir ki, Tovuz döyüşləri Vətən müharibəsinin başlanmasına təkan verdi:
“Xalqımız da təsdiq edir ki, Vətən müharibəsi bu döyüşlərlə başladı. Uzun müddət barışıq təklif edildi. Yəqin ki, çıxış yolu hərb yolunda olub. Qardaşım canından keçmək bahasına Vətənə borcunu yerinə yetirdi, qəhrəman hərbçilərimiz də 44 gün ərzində bu müharibəni sona çatdırdı”.
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...