İmtahan sualını zaldan çıxarmaq istəyən müəllim cəzalandırılacaq
Gəncə şəhər 16 nömrəli tam orta məktəbdə iyul ayının 13-də saat 09:00 seansında riyaziyyat fənni üzrə keçirilən müəllimlərin işə qəbulu imtahanında namizədlərdən birinin sualları imtahan zalından çıxarmağa cəhd göstərdiyi müəyyən olunub.
Versus.az xəbər veirir ki,Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzindən verilən məlumata görə, aparılan videomüşahidə nəticəsində namizədin Göygöl rayonu Qırıxlı kənd tam orta məktəbin riyaziyyat müəllimi Gülnar İmranova olduğu müəyyənləşdirilib və onun imtahan nəticəsi ləğv olunub. Həmin müəllim barəsində müvafiq cəza tədbiri görüləcək.
Qeyd olunub ki, imtahan rəhbəri Gəncə şəhər 37 nömrəli tam orta məktəbin direktoru Nail İmranov və məsul nəzarətçi şəxs imtahan mərkəzindən kənarlaşdırılıb və onlar barəsində də müvafiq cəza tədbirləri görüləcək.
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...