Prezident seçkilərinin ikinci turunun tarixi bəlli oldu

09:03 15-11-2018 | icon 476 | Dünya
Prezident seçkilərinin ikinci turunun tarixi bəlli oldu

 

Gürcüstanda Prezident seçkilərinin ikinci turu noyabrın 28-də keçiriləcək.

 

Versus.Az xəbər verir ki, bu barədə qərar Gürcüstanın Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qəbul olunub.

 

İclasda Prezident seçkilərinin birinci turunun nəticələrinə yekun vurulub. MSK sədri Tamar Jvania yekun protokolu imzalayıb.

 

Qeyd edək ki, qonşu ölkədə Prezident seçkilərinin birinci turu oktyabrın 28-də baş tutub. Seçkilərin ikinci turunda mübarizə Gürcüstanın hakim partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və “Vahid Milli Hərəkat” Partiyasının namizədi Qriqol Vaşadze arasında aparılacaq.

 

Seçkilər günü Gürcüstanda qeyri-iş günü elan olunub. Ölkə daxilində seçki dairələri saat 20:00-a qədər, ölkə xaricində isə - yerli vaxtla gecə yarıya qədər açıq olması gözlənilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu