İnternetin sürəti artıb
Azərbaycanda mobil və sabit genişzolaqlı internetin orta aylıq sürət artıb.
Versus.Az-ın “Speedtest Global Index”in iyun ayı üzrə hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycan mobil internetin orta aylıq sürətinə görə iki pillə irəliləyərək 66-cı, sabit genişzolaqlı internetin orta aylıq sürətinə görə üç pillə irəliləyərək 122-ci yerdə qərarlaşıb.
Belə ki, ölkədə sabit genişzolaqlı internetin orta aylıq sürəti 25,59 Mbps, mobil internetin orta aylıq sürəti isə 37,11 Mbps olub.
Genişzolaqlı internetin orta aylıq sürəti üzrə hesabatda 181 ölkədən olan nəticələr dəyərləndirilib. Bu siyahıda Mərakeş 260,74 Mbps ilə birinci, Türkmənistan 4,49 Mbps ilə sonuncu olub.
Mobil internetin orta aylıq sürəti üzrə hesabatda 137 ölkədən olan nəticələrə əsasən Birləşmiş Ərəb Əmirlikləri 193,51 Mbps ilə birinci, Əfqanıstan 7,37 Mbps ilə sonuncu olub.
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...