NAZİM FAYTONÇU BAKI ÜÇÜN DARIXIB

09:30 15-11-2018 | icon 660 | Şou-biznes
NAZİM FAYTONÇU BAKI ÜÇÜN DARIXIB

 

Noyabr ayının 29-da Heydər Əliyev Sarayında tanınmış müğənni Nazim Faytonçu (Pişəvari) “Darıxmışam, Bakıdan danış” adlı solo konserti ilə çıxış edəcək.

 

Versus.Az xəbər verir ki, müğənni konsertlə bağlı mətbuat konfransı keçirərək, jurnalistlərə bu barədə təvsilatı ilə açıqlama verib. Mətbuat konfransında həmçinin bu layihəni həyata keçirən komanda da iştirak edib.

 

Hamıya məlumdur ki, Nazim yaxın keçmişdə ağır xəstəliyə qalib gələrək, reabilitasiyadan sonra yenidən yaradıcılığına qovuşub. Nəticədə dostlarla bərabər gözəl bir konsert layihəsi həyata keçirilir.

 

Konsertin rejissoru Aqil M.Quliyev, ssenari müəllifi İkram Əliyev, musiqi tərtibatçısı Əvəz Muradov, konsertin aparıcısı Kamran Həsənli, təşkilatçısı isə Marat Bəxtiyarovdur. Mətbuat konfransının iştirakçıları konsertdə çoxlu sürpriz olmasını vəd edərək, köhnə Bakı üçün darıxanları tamaşa-konsertə dəvət edirlər. Sürprizlərdən biri də odur ki, Nazim xaricdən gələn bir xanım müğənni ilə bir neçə duet ifa edəcək. Təbii ki, konsertdə köhnə sevilmiş mahnılarla yanaşı yeni mahnılar da səslənəck.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür