9 gündür itkin düşüb

18:19 16-07-2021 | icon 430 | Hadisə
9 gündür itkin düşüb

Paytaxtın Qaradağ rayonu, Ələt qəsəbəsində 15 yaşlı Xəlilov Şərif Hikmət oğlu iyulun 7-də yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıb. 

 

Versus.Az xəbər verir ki, "Qafqazinfo”ya müraciət edən yeniyetmənin atası Hikmət Xəlilov bildirib ki, Şərif imtahanlar yaxınlaşan ərəfədə itkin düşüb:

 

“Mən ona dedim ki, artıq hazırlığa getməlisən. Müəllimlə də danışmışam. O da razılaşdı. Heç bir problem olmadığını bildirdi. Dostlarından da soruşmuşuq, onların da Şərifdən xəbərləri yoxdur. Axtarış zamanı kamera görüntüləri vasitəsilə onun Qobustan qəsəbəsinə getdiyini öyrəndik. Orada bir nəfərlə də görüşüb, həmin adamı tapıb danışdıq. O dedi ki, Şərif məscidin yolunu soruşub. Məscidə gedəndə kameraya baxmağa icazə vermədilər. Bizə də dedilər ki, bura elə bir şəxs gəlməyib. Bununla bağlı Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişik. Heç bir xəbər yoxdur”.

 

Hikmət Xəlilov oğlunun heç bir psixoloji problemi və ya ailədaxili gərginliyinin olmadığını bildirib. 

 

Xatırladaq ki, Şərif evdən çıxarkən əynində mavi rəngli köynək, qara şalvar və ağ rəngli idman ayaqqabısı olub. Uşağı görənlərdən (+994) 55 660 72 00 nömrəsi vasitəsi ilə atasına məlumat vermələri xahiş olunur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Paşinyan yenə xislətinə uyğun manevrlər edir”

Hafiz Hacıyevin müavininin "facebook"dakı rəyi gündəm oldu

"Zamanın axarında"n baxanda dünya aydın görünür... - Resenziya

“Həmin deputatın üzürü yox, həbsi lazım idi”

Vətən müharibəsindəki şanlı qələbəyə həsr olunmuş KİTAB

I Qarabağ Beynəlxalq İqtisadi Forumunda iştirak etmiş qonaqlarla GÖRÜŞ

Koronavirus yaddaş pozulmasına səbəb olur

KTMT Kəlbəcərdə baş verənlərə MÜNASİBƏT

“Bu “Pat” vəziyyətinə görə müxalifətin də hardasa səhvləri var” - MÜSAHİBƏ

“Zəfərin sıra nəfərləri” - SƏNƏDLİ FİLM

Bodrumda YANĞIN

Flora Kərimova “Şərəf” ordeni ilə təltif edildi

Bayden bu dəfə Trampla Obamanı səhv saldı

"Görünür Jirinovski ilə görüşməli olacam"

Səlçuk Bayraktardan Türkiyədəki meşə yanğınlarına dair AÇIQLAMA