Həkimdən XƏBƏRDARLIQ

11:38 17-07-2021 | icon 698 | Sağlamlıq
Həkimdən XƏBƏRDARLIQ

Bir ildən çoxdur davam edən pandemiya dövründə koronavirus infeksiyası ilə mübarizə aparılsa da virus mutasiya etməkdə davam edir. 

 

Əvvəlcə “Britaniya” ştammı, daha sonra “Hindistan” ştammı və “Delta/Delta plus” variantları bu gün bir çox ölkələrdə sürətlə yayılmağa başlayıb. 

 

Həkimlərin sözlərinə görə, virusun bu variantı həm yoluxuculuq əmsalına, həm də xəstəliyin perioduna görə daha ağır ola bilər. 

 

Bəs bundan özümüzü necə qoruyaq? Vəziyyətin ağırlaşmağa doğru getdiyi bir dönəmdə infeksiyadan qorunmağın yolları nələrdir?

 

Versus.az xəbər verir ki, bunu açiqlamasında  Mərkəzi Gömrük Hospitalının Poliklinika rəisi, kardioloq Dr. Tamilla Əliyeva cavablandırıb. 

 

O bildirib ku, “Delta” ştammından qorunmağın ən effektiv yolu vaksinasiyadır:

 

“Koronavirusun ilk dəfə Hindistanda aşkarlanmış “Delta” ştammı artıq dünyanın 100-dən artıq ölkəsində qeydə alınıb. Bu ştamm daha çox Avropa ölkələrində, Maldiv adalarında, ABŞ-da yayılıb. Son günlər Azərbaycanda aparılan tədqiqatların nəticələrinə görə, ölkə xaricindən gələn şəxslərdən alınmış nümunələrdən 31-də B.1.617 (Delta) variantı, 9-da B.1.1.7 (20 Alpha V1, Britaniya) variantı aşkar olunub.


İngilis ekspertləri hesab edirlər ki, “Delta” koronavirusun ilkin tipindən 50 % artıq yoluxucudur.

 

Bir həkim kimi qətiyyətlə deyə bilərəm ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Bu gün ölkəmizdəki sabit epidemioloji vəziyyətin səbəbi də məhz indiyə qədər aparılan peyvəndlənmə prosesidir”. 

 

Həkim qorunma vasitələrinin istifadəsi ilə bağlı dünya təcrübəsindən də danışıb:

 

“Göründüyü kimi, dünyada peyvənd olunanların da yeni ştammlara yoluxduğu, amma bu şəxslərin xəstəliyi yüngül keçirdikləri müşahidə olunur. Peyvənd olunanlar xəstəliyi simptomsuz keçirir və xəstəxanaya yerləşdirilmə faizləri olduqca aşağıdır.

 

Koronavirusun əvvəlki simptomları öskürək, temperatur, nəfəs darlığı, dadbilmə və qoxu hissinin itirilməsi idisə, “Delta” variantının əsas simptomları başağrısı, burun axması, asqırma və boğaz ağrısıdır. Əgər əvvəllər koronavirus əsasən yaşlılara təsir edirdisə, indi gənclər (14-29 yaş arası), xüsusən də yeniyetmələr infeksiyaya daha tez yoluxurlar. “Delta” ştammının fərqləndirici xüsusiyyəti onun mədə-bağırsaqda, həzm sistemində yaratdığı pozğunluqlardır. Belə ki, COVID-19-un “Delta” ştammı ilə yoluxan hər üçüncü xəstədə həzm sisteminin pozulması müşahidə olunur.

 

Koronavirusun yeni ştammlarının sürətlə yayılması hər birimizi özümüzə və ətrafımızdakılara qarşı məsuliyyətli olmağa çağırır. Belə ki, koronavirusun “Delta” və “Britaniya” ştammları yüksək yoluxdurma riskinə malikdir. Ona görə də, vaksinasiya ilə yanaşı, tibbi maskalardan istifadə, ara məsafənin saxlanılması, gigiyenik qaydalara riayət edilməsi xəstəlikdən qorunmağın etibarlı yoludur”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI