“Delta” ştammı bütün dünyaya qadağaları qaytarır

16:02 22-07-2021 | icon 351 | Sağlamlıq
“Delta” ştammı bütün dünyaya qadağaları qaytarır

Konavirusun “Delta” ştammının sürətlə yayılması dövlətlərin virusa qarşı məhdudiyyətlərə yenidən qayıtması ilə nəticələnir.

 

Qvineya millisi koronavirus səbəbindən Olimpiya Oyunlarında iştirakdan imtina edib. Ölkə hökuməti idmançıların sağlamlığının onlar üçün medaldan daha vacib olduğunu açıqlayıb.

 

Versus.az xəbər verir ki, eyni zamanda, Fransa koronavirusun “Delta”nın yayılması səbəbindən yeni məhdudiyyətlər tətbiq edib.

 

Artıq peyvənd sənədi və ya mənfi PCR testi olmadan restorana, kinoteatra, muzeyə və hətta stadiona girmək qadağandır.

 

Son bir həftə ərzində xəstələrin sayı 150 faiz artıb. Bir neçə min Fransa vətəndaşı ötən gün maskasız və sosial məsafəni gözləmədən sanitar pasportlara qarşı çıxdı.

 

ABŞ-da yoluxmanın artması fonunda hər şəhər öz qaydalarını tətbiq edir. Məsələn, Yeni Orleanda qapalı məkanlarda maska taxmaq məcburiyyəti yenidən tətbiq edilir.

 

Almaniyada daşqından təsirlənmiş rayonlarda belə vaksinasiya mümkündür. Bu məqsədlə əraziyə xüsusi olaraq avtobuslar göndərilib.

 

Böyük Britaniya əsas məhdudiyyətlərdən imtina etsə də, qadağaların bir çoxu hələ də qalmaqdadır. Məsələn, işçilərin 20 faizi özünütəcridə riayət etməlidir. Bu səbəbdən mağazaların rəfləri boşalıb. Hər şeydən əvvəl alkoqollu içkilər və çörək alınıb. Yanacaq da daxil olmaqla təchizatla bağlı problemlər yaranıb. Bu səbəbdən onlarla yanacaqdoldurma məntəqəsi bağlanıb. Yerli mətbuatın bildirdiyinə görə, Britaniya hökuməti bu problemi yaxın 48 saat ərzində həll edə bilməsə, krallıq əsl kollapsla qarşılaşacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI