Tibet buzlaqlarında 28 naməlum virus tapılıb
Çinin cənub-qərbindəki Tibet Muxtar Bölgəsində alimlər yeni kəşfə imza atıblar.
“Microbiomejournal”da qeyd edilir ki, Tibet Yaylasındakı Guliya buzlağından 2015-ci ildə götürülmüş nümunələr üzərində araşdırma aparılıb.
Təxminən 15 min ildir buzlaqlarda donmuş vəziyyətdə olan, 28-i bu günə qədər məlum olmayan 32 fərqli virusa aid genetik kodlar müəyyən edilib.
Onların yarısının əriyəndən sonra həyat qabiliyyətli olduğu ortaya çıxıb.
Qeyd edək ki, müasir iqlim şəraitində Tibet buzlaqları aktiv şəkildə əriyir.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"