Şəhid Nurlan Mustafayevin doğum günüdür

22:29 22-07-2021 | icon 1016 | Şəhidlər və şahidlər
Şəhid Nurlan Mustafayevin doğum günüdür

Elə insanlar var ki, yaşadıqları və yaşatdıqları ilə tarixdə qalır

 

Bu gün hər anı bir qəhrəmanlıq salnaməsinə çevrilmiş 44 günlük Vətən müharibəmizdə qanı ilə tarix yazan qəhrəmanlarından birinin - Xüsusi təyinatlı qüvvələrin kapitanı - Şəhid Nurlan Mustafayevin doğum günüdür. Üzünü görmədiyi körpəsinə həsrətlə bərabər şərəfli ad qoyub getmiş bir qəhrəmanın... Şəhid xanımı olaraq qürurlu və güclü olmaq missiyasını ömür-gün yoldaşı Günay xanıma həvalə edən birinin...

 

Mustafayev Nurlan Hamlet oğlu 1990-cı il iyulun 22-də Bakı şəhərində doğulub. Orta təhsilini 159 nömrəli məкtəbdə alan Nurlan 2005-2008-ci illərdə Cəmşid Naxçıvansкi adına Hərbi Liseydə oxumuşdur. Nurlan Mustafayev 2008-2012-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM), 2010-2013-cü illərdə isə Almaniyada Hərbi Liseydə "Motoatıcı" ixtisası üzrə ali hərbi təhsil alıb.

 

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı olan Nurlan Mustafayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın, Füzulinin və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

 

Nurlan Mustafayev oktyabrın 12-də Hadrut döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Nurlan Mustafayev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, " Vətən uğrunda " və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Nurlan ailəli idi. 2020-ci ilin mart ayının 8-də Günay xanımla ailə həyatı qurmuşdu. Müharibə başlandıqda evliliklərindən cəmi altı ay keçirdi.. Tamamlanmayan xoşbəxtliyinin, yarımçıq qalmış arzularının, param-parça olmuş sevgisinin acısına , Nurlanın adına layiq bir övlad böyütmək məsuliyyəti əlavə olunan Günay xanım ömür-gün yoldaşının evdən yola saldığı həmin günü heç vaxt unutmayacağını deyir və gözlərini Nurlanın üzünü görmədiyi balaca körpəsinin üzündə gizlədir..

 

Elə insanlar var ki, yaşadıqları və yaşatdıqları ilə tarixdə qalır, duyğuları ilə illərə meydan oxuyur. Onlar, məhz onlar sübut edərlər ki, zaman ən böyük dərman olsa da saf duyğuların qarşısında o belə acizdir...

Mehriban Sadıqova
/filoloq/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol