Tacikistan təsdiq etmədi
“Taliban” silahlıları Əfqanıstan-Tacikistan sərhədinin 80 faizinə nəzarət edir.
“RİA Novosti” agentliyi bu barədə Tacikistan Milli Təhlükəsizlik Komitəsindəki mənbəyə istinadən xəbər yayıb.
Komitədən həmçinin bildirilib ki, Rusiya Xarici İşlər Nazirliyinin Əfqanıstan-Tacikistan sərhədinin bütün perimetr üzrə “Taliban”ın nəzarətinə keçməsini barədə açıqlaması həqiqətə uyğun deyil.
Qeyd edək ki, bu gün Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko “Taliban”ın Tacikistanla sərhədi tamamilə nəzarətə götürdüyünü bəyan edib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"