Koronavirusa görə insan sürətlə qocala bilər

09:32 23-07-2021 | icon 380 | Sağlamlıq
Koronavirusa görə insan sürətlə qocala bilər

Koronavirus insan orqanizminə düşdükdən sonra erkən qocalma prosesini tətikləyə bilər.

 

“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiyada tanınmış nevroloq Erkin Şamsiyev xəbərdarlıq edib.

 

“Təəssüf ki, koronavirus infeksiyası  insan orqanizminə düşdükdən sonra təkcə ağciyərlərin trombozunu deyil, həmçinin digər arzuolunmaz prosesləri, o cümlədən erkən yaşlanmanı işə sala bilər. Bunun səbəbi xəstəliyə görə stres fonunda əsəbi yorğunluqdur. Yoluxmuş insan mənən tükənir, onda fobiyalar, qorxular yaranır”, - deyə o, bildirib.

 

Şamsievin sözlərinə görə ağciyər zədələnəndə insan bədənində qaz mübadiləsi pozulur, nəticədə beyinə oksigen tədarükündə problemlər yaranır. İnfeksiyaya məruz qalan xəstələr tez-tez ensefalopatiyadan (beyin toxumasının distrofik olaraq dəyişməsi nəticəsində işinin pozulması) şikayət edirlər.

 

Bundan əlavə, xəstəxanalara müraciət edən xəstələrdə tez-tez baş ağrısı, başgicəllənmə, öskürək, nəfəs darlığı və qoxu itkisi barədə məlumat verirlər.

 

Mütəxəssis koronavirus xəstəliyini kaeçirən insanın zəifləmiş immunitet sistemini mütləq gücləndirməli olduğunu bildirib. Beləliklə, idmanla məşğul olmalı, düzgün qidalanmalı, artıq çəkidən qurtulmalı, daha çox təmiz havada olmalı, zərərli vərdişlərdən imtina etməli, vitamin çatışmazlığından əziyyət çəkirsə daha çox tərəvəz və meyvə istehlak etməlidir.

 

“Başqa sözlə - zəifləmiş immuniteti düzəldilməsi ilə müstəqil şəkildə məşğul olmalıyıq”, -= deyə həkim sözlərin yekunlaşdırıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu