“Delta ştammına uşaqlar daha tez yoluxur”

13:02 23-07-2021 | icon 574 | Sağlamlıq
“Delta ştammına uşaqlar daha tez yoluxur”

“Koronavirusun “Delta” ştammına uşaqlar, yeniyetmələr və gənclər daha tez yoluxur”.

 

Bunu “ABR 24”ün “Gündəm” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov deyib.

 

“Tədqiqatlar göstərirdi ki, COVID-19-un əvvəlki variantları uşaqları çox az yoluxdururdu. Hətta uşaqlar və gənclər yoluxduqda xəstəliyi ya simptomsuz, ya da yüngül simptomlarla keçirirdilər. Pandemiya dövründə ABŞ-da cəmi 2 500 uşaq xəstəliyi ağır keçirmişdi. Bu, əvvəlki variantların uşaqlara az təsirli olmasından xəbər verirdi. Lakin “Delta” ştammı bir qədər fərqlidir. Uşaqlar, gənclər, yeniyetmələr daha tez yoluxur. Əvvəlki ştammlarla müqayisədə onun simptomlu xəstəlik törətmə qabiliyyəti daha yüksəkdir”- deyə o bildirib. 

 

Nabil Seyidov onu da qeyd edib ki, vaksinasiya prosesi vasitəsilə 18 yaşdan yuxarı şəxslər qorunmuş olur: “Bütün tədqiqatlar göstərir ki, bir dozalı vaksinasiya müəyyən dərəcədə, iki dozalı, yəni tam vaksinasiya isə əhəmiyyətli dərəcədə qoruma qabiliyyətinə malikdir”.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür