Bakıda möhtəşəm Şimali Kipr günü

00:11 16-11-2018 | icon 1047 | Mədəniyyət
Bakıda möhtəşəm Şimali Kipr günü

 

“Kıbrıs Mormenekşe köyü Çağdaş Qadınlar Dərnəyi” yöresel kültur, əl işləri, mətbəxlərini təqdim etdilər

 

 

Noyabrın 15-də yavru vətənimiz Şimali Kipr Türk Cümhuriyətinin elan olunmasının 35-ci ildönümündə Azərbaycan qadınları ilə Şimali Kipr xanımları bir araya gəldilər. Tədbirdə iştirak edən və izləyən jurnalistlərdən biri olaraq deyə bilərəm ki, bu ölkənin Azərbaycandakı nümayəndəliyinin başçısı xanım Ufuk Arca Turganerin rəhbərliyi ilə möhtəşəm bir gün oldu. Tədbirin əsl səbəbkarları isə, yavru vətənimizdən gələn “Kıbrıs Mormenekşe köyü Çağdaş Qadınlar Dərnəyi” idi. Belə ki, onların şəxsində Kuzey Kıbrısın mətbəxi, əl işləri təqdim olundu. Və Landmark Tower də bir neçə saatlığa hər kəs özünü Kuzey Kıbrısda hiss etdi desəm, yanılmaram.

 

Versus.Az xəbər verir ki, Şimali Kipr nümayəndəliyinin başçısı xanım Ufuk Arca Turganer bayram ab-havası hökm sürən tədbirdə hər kəsi salamladı. Bildirdi ki, bu gün tarixi bir günə təsadüf edir:

 

“Düz 35 il öncə - 15 noyabrda Kuzey Kıbrıs Türk Cümhuriyyəti elan olundu. Bu gün bizim qürur günümüzdür. Bakıda belə bir tədbirin təşkilindən çox məmnunuq”.

 

Sonra qonaqları Kıbrıs mətbəxinin dadına baxmağa dəvət etdi.

 

Qeyd edək ki, çoxları bu mətbəxlə ilk dəfə tanış olsalar da, mən illər öncə, ilk dəfə Kıbrısa səfər edəndə bu ğlkənin tarixi, təbiəti, mədəniyyəti, insanları ilə birlikdə belə demək mümkünsə, mətbəxinə də heyran qalmışdım. Sonralar həm Kuzey Kıbrısda, həm də Bakıda bu gözəl mətbəxin dadı mənə çox dogma oldu. Kuzey Kıbrıs mətbəxi fərqli olsa da, eyni zamanda Azərbaycan mətbəzxi ilə bənzərliyi də çoxdur və bu təbiidir.

 

Bayram təsiri duyulan tədbirdən hər kəs böyk zövq aldı. Kıbrıs qadınlarının əl işlərinə gəlincə,onları gözlərinizlə görmək lazım. Əl əməyi, göz nuru olan bu əl işləri inanılmaz gözəldir. Onu da deyim ki, evimdə neçə illərdir ki, Kuzey Kıbrıs xanımlarının əl işləri yer alır. Deyə bilərəm ki, bu əl işlərinı tədbir iştirakçıları olan Azərbaycan qadınları da çox bəyəndi. Demək olar ki, tədbirin sonunda bütün əl işləri satılmışdı. Əl işləri olduğunu nəzərə alsaq, qiymətlər çox ucuz idi. Hətta eyərdim ki, simvolik xarakter daşıyırdı. Əksəriyyəti isə, Kıbrıs xanımları tərəfindən tədbirdə iştirak edən Azərbaycan qadınlarina hədiyyə edildi.

 

“Kıbrıs Mormenekşe köyü Çağdaş Qadınlar Dərnəyi”nın Bakıya gələn xanımları ilə söhbət etdim. Bildirdilər ki, dərnək 2013 – cü ildə yaradılıb. Məqsəd Kuzey Kıbrısın yöresel kültürünü, əl işlərini, mətbəxini tanıtmaqdır. Şimali Kiprdə, Türkiyədə keçirilən beynəlxalq tədbirlərə qatılan qadınlar qısa zaman kəsiyindəKıbrısın əl işlərini, mətbəxini tanıdıb, sevdirə biliblər. Dərnəkdən yalnız on nəfər ilk dəfədir ki, Bakıdadır. Bir neçə gündür Bakıda olsalar da, bir çox yerlərdə olublar və deyirlər ki, şəhəriniz çox gözəldir. Burada özlərini heç yad hiss etmədiklərini də qeyd etdilər.

 

Mənim üçün bir nüans çox maraqlı idi. Aydınlıq üçün deyim ki, ada dövləti olan Şimali Kipr bütün dünyada həm də turizm ölkəsi kimi tanınır. İstər paytaxt Lefkoşa da, istərsə də digər şəhərlərdə kıbrıslı qadınların əl işlərindən ibarət çoxlu sayda dükanlar var. Bura gələn turustlərin ən çox maraq göstərdiyi, öz ölkələrinə gedəndə hədiiyyə alıb apardıqları arasında əl işləri daha çoxdur. Deyim ki, elə mən də Şimali Kiprdə olarkən həm özüm üçün, həm də hədiyyə olaraqbu əl işlərindən sevə - sevə alıram. Xanımlardan soruşuram ki, gənclər bu ənənəni davam etdirirmi? Yəni, müxtəlif ölkələrdə məşhur olan bu əl işləri otuz, qırx, əlli ildən sonra bu qədər populyar olacaq, yoxsa?.... Əminliklə bildirirlər ki, bəli olacaq. Kıbrıslı gənclər arasında bu yöresel peşəyə maraq böyukdür. Getdikcə daha da zənginləşdirirlər.

 

Yuxarıda qeyd etdiyim kimi, bu gün Bakıda möhtəşəm Şimali Kipr günü yaşandı. Axarınca olsun. Bayramınız mübarək, əziz qardaşlarımız. Cümhuriyətiniz əbədi olsun.

 

Ağanisə Sultanova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı