"Dövlət şəhid ailələri, qazilər kimi jurnalistləri də təmin etməlidir"

09:05 26-07-2021 | icon 684 | Siyasət
"Dövlət şəhid ailələri, qazilər kimi jurnalistləri də təmin etməlidir"

Fuad Əliyev: "Etibar Əliyev jurnalistlərə tikilən binanın yox, deputatlara verilən mənzilləri təklif edərdi"

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News-a müsahibə verib.

 

Versus.Az həmin müsahibəni təqdim edir:

 

- Fuad bəy, bildirilir ki, Fransa prezidenti Bakı, Tiflis və Yerevanda səfərdə olacaq. Sizin fikrinizcə, niyə indi bu səfər baş tutur və ümumiyyətlə, Makron nə istəyir?

 

- Hesab edirəm ki, Makronun bu səfəri Fransanın itirilmiş mövqeyinin bərpasına hesablanıb. Fransanın Cənubi Qafqazda üç respublikadan ikisinə təsiri var. 2008-ci ildə Fransa prezidentin Gürcüstana fövqaladə səfəri, Gürcüstanı işğaldan xilas etdi. Fransanın Ermənistanla yüksək olan əlaqələri hamıya məlumdur. 44 günlük Vətən müharibəsində isə açıq şəkildə Ermənistanı dəstəklədi. Qalıb Azərbaycan. Makron Fransanın prezidenti seçiləndən qabaq, Azərbaycanın Fransa ilə münasibətləri normal idi. Mitteran dövründə isə yüksək səviyyədə idi. Makron gələndən sonra bu münasibətlər korlandı. Makronun Vətən müharibəsi zamanı açıq ermənipərəst mövqeyi Azərbaycan-Fransa münasibətlərinə əlavə gərginlik gətirdi. İndi onun Bakıya səfəri heç nəyi dəyişməyəcək.

 

- Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri iyulun 9-10-u tarixlərində işğaldan azad olunmuş Şuşa şəhərinə səfər etdilər. ATƏT-in Minsk qrupun həmsədr ölkələrin səfirləri bu səfərdən imtina etdilər. Hətta Fransanın Ermənistandakı səfiri Conatan Lakot “Azadlıq” radiosuna müsahibəsində səfirlərin Şuşaya getməkdən imtina etməsinin səbəbini açıqlayıb. Bildirib ki, “Reallıq var: Dağlıq Qarabağın statusu ATƏT-in Minsk qrupu çərçivəsində həll olunmalıdır. Bu status müəyyən edilmədən nə Fransanın Bakıdakı, nə də Yerevandakı səfirləri Qarabağa səfər edə bilməz. Və bu mövqe hər üç həmsədr ölkə tərəfindən qəbul olunur”. Bu barədə nə deyə bilərsiz?

 

- Fransanın mövqeyi məlumdur və bundan artıq nə deyə bilərdi. İndi bu Lakot yenə də status məsələsini qaldırır və məsələnin Minsk qrupu çərçivəsində həll olunacağını deyir. ATƏT-in Minsk qrupu 30 ilə yaxın niyə bu məsələni həll etmirdi? BMT-nin 4 qətnaməsini əsas tutub məsələni həll edərdi. Qəsdən vaxtı uzadırdılar. Fikirləşirdilər ki, Azərbaycan xalqı unudacaq, bu vəziyyətlə razılaşacaq. Azərbaycan xalqı heç nəyi unutmayıb, dözüb və vaxtı gələn kimi öz sözünü deyib. Ordumuz xalqın dəstəyini aldıqdan sonra BMT və ATƏT-in işini özü həll etdi, işğalda olan torpaqları azad etdi. Və indi nə status məsələsi var, nə də ki, bu Minsk qrupu. İndi bizim işimiz Qarabağ bölqəsini bərpa işlərlə bərabər, orda qalan erməni separatçıları təmizləməkdir. İnanıram ki, bu məsələlər qısa bir zamanda həll olunacaq.

 

- Bu yaxınlarda deputat Etibar Əliyev jurnalistlər üçün tikilmiş evlərin şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə verilməsi təklifini irəli sürdü vəbu, birmənalı qarşılanmadı. Təklifi siz necə dəyərləndirirsiz?

 

- Hesab edirəm ki, şəhid ailələrə, qazilərə və müharibə veteranlar daimə diqqətdə olmalıdırlar. Fikrimcə, təkçə dövlət tərəfindən bu diqqət olmamalıdır. Biz hamımız onlara borcluyuq və dəstəyimizi verməliyik. O ki, qaldı bu təklifə.... Jurnalistlər baxmayaraq ki, dördüncü hakimiyyət nümayəndələridirlər, jurnalistlər də dövlət tərəfindən qayğı və dəstək görməlidirlər. Necə ki, dövlət şəhid ailələrə, qazilərə evlə təmin edir, eynilə də jurnalistləri də təmin etməlidir. Yaxşı olardı ki, Etibar Əliyev jurnalistlərə tikilən binanın yox, deputatlara verilən mənzilləri şəhid ailələrə, qazilərə verilməsini təklif edərdi. Məndə olan məlumata görə bəzi deputatlar iki-üç ev alıblar. Bir də Etibar Əliyev yadından çıxartmasın ki, tanınmamış bir adamı təhsil ekspert kimi tanıdan elə jurnalistlər olub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI