Tullantı su problemi həll olunur

14:35 26-07-2021 | icon 614 | Sosial
Tullantı su problemi həll olunur

Yağıntılar zamanı subasma hallarının qarşısı alınacaq

 

Binəqədi rayonunda əhalinin tullantı sularının axıdılması xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına başlanılıb.

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən Versus.Az-a verilən məlumata görə, rayonun Binəqədi qəsəbəsi, Cəfər Cabbarlı və Mikayıl Ələkbərov küçələrində inşa edilən yeni kanalizasiya kollektoru burada formalaşan tullantı sularının ekoloji tələblərə uyğun idarə olunmasını təmin edəcək, eyni zamanda yağıntılar zamanı subasma hallarının qarşısını alacaq.

 

Son illər əhalinin sıx məskunlaşdığı hər iki küçənin bir hissəsinin relyef baxımından çökəklikdə yerləşməsi, ərazidəki mövcud kanalizasiya xətlərinin fərdi qaydada əhali tərəfindən çəkilməsi, eləcə də bəzi yerlərdə tullantı sularının üstüaçıq arxlar vasitəsi ilə axıdılması ərazidə ciddi problemlər yaradır.

 

Layihəyə əsasən hər iki küçədə 600 mm diametrli borularla yeni daşıyıcı tullantı su xətləri inşa olunur. Ardınca ərazidəki evlərin kanalizasiya xətləri kollektora birləşdiriləcək.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı